Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Sentyabr

2015
10:09
439
Azərbaycanda maşın bazarını kim çökdürdü?

Azərbaycanda avtomobil satışında ciddi azalma müşahidə olunur. Gürcüstanın Milli Statistika Komitəsi bir müddət əvvəl Azərbaycana ixrac olunan avtomobillərin sayının təxminən 5 dəfə azaldığını açıqlamışdı. 

Gürcüstandan avtomobil gətirənlər azalmanın səbəbini belə izah edirlər ki, Azərbaycanda əsasən ucuz maşınlara tələbat var, amma hökumətin qəbul etdiyi qaydalara görə, 2001-ci ildən əvvəlin istehsalı olan maşınların ölkəyə idxalına icazə verilmir. Həmçinin gömrükdə alınan məbləğ də çoxdur. Bütün bunlarla yanaşı, əsas səbəblərdən biri də Azərbaycanda son dövrlərdə əhalinin sosial-iqtisadi vəziyyətinin pisləşməsidir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, bazarın bu seqmenti passiv bir dönəm yaşayır. Təşkilat rəhbəri buna ciddi səbəb kimi, manatın dollar qarşısında dəyər itirməsini göstərir. Həmçinin qeyd edir ki, avtomobil bazarında maşınların baha olması gömrükdəki ciddi maneələrin nəticəsidir: "Məsələn, 30 min manatlıq avtomobil daha ucuz sənədləşdirilir və əvəzində, maşını gətirəndən pul tələb olunur. Ölkədə belə ciddi problemlər var. Əhalinin alıcılıq qabiliyyəti maşınların qiymətinə adekvat deyil. Ona görə də belə problemlər yaranır. Bütün bunlar isə bir müddətdən sonra yollarda daha köhnə maşınların peyda olmasına səbəb olacaq".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİM maksimal balı açıqlayıb

27

May
10:51
ELM / TƏHSİL
55

Konqoda gəmi batıb: 30 ölü var

27

May
10:08
DÜNYA
88

Neft bahalaşıb

27

May
09:51
İQTİSADİYYAT
62

Musa Yaqub evə buraxıldı

27

May
09:48
DÜNYA
1012
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2019 12:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru