Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Sentyabr

2015
17:07
`Qara polkovnik`in arvadı və polis əməkdaşı arasında torpaq QALMAQALI

"Qara polkovnik" kimi tanınan və 2004-cü ildə Hacı Məmmədovun dəstəsi tərəfindən evinin qarşısında qətlə yetirilən Fətullah Hüseynovun həyat yoldaşı Eleonara Hüseynova ilə polis əməkdaşı Asif Qubadovun məhkəmə çəkişməsi başlayıb. 

Cebhe.info xəbər verir ki, işə Səbael rayon Məhkəməsində baxılır. Eleonora Hüeynovanın hüquqlarını müdafiə edən Sadiq Rəsulovun verdiyi məlumata görə, Eleonora Hüseynovaya məxsus torpaq sahəsi polis əməkdaşı Asif Qubadov tərəfindən əvvəlcə mənimsənilib. 

Daha sonra isə birincinin daxili işlər naziri Ramil Usubov, eləcə də baş prokuror Zakir Qaralova müraciəti nəticəsini verib və qarşı tərəf torpaq sahəsinin pulunun ödənilməsi təklifini irəli sürüb. Tərəflər bununla bağlı razılığa gəlsələr də, Asif Qurbanov 150 min manat dəyərində qiymətləndirilən torpaq sahəsinin pulunun 30 min manatını ödəməkdən imtina edib. 

Bundan sonra Eleonora Hüseynova məhkəməyə müraciət edib. Məhkəmənin sentyabrın 29-də keçirilən ilk iclasında iddiaçı tərəf hazırda 17 saylı polis bölməsinin təhqiqatçısı olan Asif Qubadovun “Bandotdel”də dindirilməsi ilə bağlı sənədlərlə tanş olmaq üçün vəsatət qaldırıb. Məhkəmə vəsatəti təmin edib. 

Məlumatlara görə, bundan əvvəl DİN-də işləyən Asif Qubadov öz vəzifəsindən sui-istifadə edərək Eleonora Hüseynovaya məxsus torpaq sahəsini ələ keçiriib. Eleonora Hüseynovanın nazir Ramil Usubov və baş prokuror Zakir Qaralova müraciətindən sonra Asif Qurbanovun iş yeri dəyişdirlib və o, 17-ci polis bölməsinə göndərilib. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54331

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52424

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53834

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53589

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58983

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53279

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53638
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-12-2020 18:41





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru