Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Sentyabr

2015
16:20
Polis ictimai nəqliyyatda ödəniş etməlidirmi? - RƏSMİ

Bakıda polis işçisinin avtobusa minib ödəniş etməməsi ilə bağlı video və materialların sosial şəbəkədə tirajlanmasından sonra bu xüsusda başqa rəylər də meydana çıxıb.

Qeyd edək ki, həmin videoda gediş haqqını ödəməyən polis nəfərinin hərəkətindən əsəbiləşən sürücünün avtobusu saxladığı və onların mübahisə etdiyi görünür. Mülki formada olan polis nəfəri vəsiqəsini təqdim etsə də, sürücü və sərnişinlər ona qarşı çıxırlar.

Polis hansı halda ictimai nəqliyyatdan pulsuz istifadə edə bilər?

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə ATV.az-a açıqlamasında bildirib ki, “Polis haqqında qanun”un maddələrinə görə polis icitmai nəqliyyatın bütün növlərindən pulsuz istifadə etmək hüququna malikdir: “Xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşları Azərbaycan Respublikasının ərazisində sərnişin nəqliyyatının bütün növlərindən (taksidən və şəhərlərarası nəqliyyatdan başqa) pulsuz istifadə etmək hüququna malikdirlər".

Sözügedən video ilə bağlı O. Mansurzadə bildirir ki, burda sürücünün hərəkətləri qeyri-qanunidir və əməkdaşla mübahisəyə girir: “Polisin o hərəkəti doğru olmasa da, qınağa layiq polisin yox, sürücünün hərəkətidir. Vətəndaşlar mahiyyətə varmadan polisə qarşı sayğısızlıq edirlər. Bu da öz növbəsində qanuna qarşı hörmətsizikdir. Əməkdaş vəsiqəsini təqdim edibsə, heç bir halda suala yer qalmır”.

DİN rəsmisinin fikrincə, bu, bir də onu göstərir ki, nəqliyyat şirkəti maarifləndirmə işini pis aparır.

“Yaxşı olardı ki, sürücülərə hüquqları başa salınsın və onların hansı şəxslərə qarşı necə davranmaları barədə təlimat verilsin”, - deyə o vurğulayıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3491

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2617

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2023

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1776
Şərhlər
AEGH tərəfindən 29-09-2015 12:17:49 tarixində yazıldı
Polis və özbaşınalıq
Xidməti vəzifələrinin icrası zamanı POLİS TƏSDİQ EDİLMİŞ FORMADA OLMALIDIR!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-03-2020 21:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru