Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Sentyabr

2015
12:28
365
Azərbaycanlı zəvvarların Həccdən dönüşü ləngiyir

İlk azərbaycanlı zəvvar qrupunu bu gün saat 05.00 radələrində Bakıya çatdırmalı olan təyyarə reysi təxirə düşüb.

Qafqaz Müsəlmanları İdarəsindən APA-ya bildirilib ki, gecikməyə səbəb Ciddə aerportunda olan izdihamdır.

“Azərbaycanlı zəvvarları gətirən ilk təyyarə Bakı vaxtı ilə təxminən saat 19.00 radələrində Ciddədən Bakıya istiqamət alacaq. İlk reysin ardınca yarım saat intervalla daha 2 təyyarənin bu gün zəvvarları Bakıya gətirməsi planlaşdırılır”, - deyə QMİ-dən qeyd ediblər.

QMİ-dən onu da bildiriblər ki, azərbaycanlı zəvvarları Bakıdan Ciddəyə AzAL-ın təyyarələri aparsa da, geri dönüş reyslərini Səudiyyə Ərəbistanının aviaşirkəti həyata keçirir.

Qeyd edək ki, qrafikə görə, azərbaycanlı zəvvarların dönüşü sentyabrın 29-dan başlayır. Sonuncu zəvvar qrupu Ciddədən Bakıya təyyarə ilə oktyabrın 1-də qayıtmalıdır.

Bu il Həccə Azərbaycandan 2400-ə qədər zəvvar yola düşüb. Onlardan üçü Məkkədə dünyasını dəyişib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİM maksimal balı açıqlayıb

27

May
10:51
ELM / TƏHSİL
33

Konqoda gəmi batıb: 30 ölü var

27

May
10:08
DÜNYA
85

Neft bahalaşıb

27

May
09:51
İQTİSADİYYAT
59

Musa Yaqub evə buraxıldı

27

May
09:48
DÜNYA
1008

Goranboyda dolu yağdı

27

May
09:39
HÜQUQ,HADİSƏ
75
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2019 11:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru