Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Sentyabr

2015
11:36
782
`Qarabağ`ın biletlərini xanımlar satacaq

"Qarabağ" klubu Avropa Liqasının qrup mərhələsinin II turunda Belçika "Anderlext"i ilə keçirəcəyi oyunla bağlı bilet satışında bir sıra yeniliklərə əl atıb. Bu barədə "Report"a klubun baş meneceri Asif Əsgərov bildirib.

Onun sözlərinə görə, əsas dəyişiklik kassalarda bilet satışını oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunun deyil, klubun öz əməkdaşları tərəfindən aparılması ilə bağlıdır. Satıcılar isə xanımlar olacaq. Klub bu addımı "qara bazar"la mübarizə məqsədilə atıb.

Belçika təmsilçisi ilə oyunun biletləri günorta saatlarınadək satışa çıxarılacaq. Əvvəlki oyunlarla müqayisədə ən ucuz biletin qiyməti 1 manatdan 2 manata qalxıb. A.Əsgərov ikiqat artımın alıcılıq qabiliyyətinə təsir etməyəcəyinə ümidvar olduğunu bildirib: "Bu dəfə belə qərar verdik ki, ən ucuz biletin qiymətində dəyişiklik edək. 2 manatlıq biletlərin sayını da artırmışıq. Hər halda "Qarabağ"a dəstək vermək, komandanın uğurunu görmək istəyənlər bilet alıb stadiona gələcəklər".

Qeyd edək ki, oktyabrın 1-də keçiriləcək "Qarabağ" - "Anderlext" matçı saat 22:00-da start götürəcək. Biletlərin qiyməti sektorlar üzrə 2,3,5,8,10, 15 və 20 manatdır. VİP sektora biletin dəyəri isə 50 manatdır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
121
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 09:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru