Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Sentyabr

2015
10:40
Polis ödəniş etmədən avtobusa mindi, mübahisə düşdü – Bakıda - VİDEO

Bakıda maraqlı hadisə baş verib."Baku Bus" şirkətinə məxsus 1 nömrəli marşrut avtobusuna mülki geyimdə bir nəfər minib. Sürücü ondan kartla ödəniş etməsini istəyib. Həmin şəxs isə polis əməkdaşı olduğunu deyərək, vəsiqəsini təqdim edib. Sürücü həmin şəxsə yenə də ödəniş etməli olduğunu deyib: "Polis formasında olsaydınız, hə, ödəniş etmədən avtobusa minə bilərdiniz. Amma hazırda formada deyilsiniz. Ona görə də, ödəniş edin".

Polis bundan sonra sürücünü hədələməyə başlayıb: "Səni işdən çıxartdıraram. Görərsən sən". Və ardından telefonla kimlərəsə zəng vurub. Sürücü isə bu müddət ərzində avtobusu idarə etməkdən imtina edib.

Mübahisə böyüyüb. Sərnişinlər avtobusun dayanmasına etiraz ediblər. Sürücü buna görə, yoluna davam etməyə başlayıb.

Amma mübahisə bitməyib. Polis 20 qəpiyə görə hər kəslə mübahisə etməyə davam edib.

Polis əməkdaşları xidmət zamanı ictimai nəqliyyatdan pulsuz istifadə edə bilər. Lakin bu məsələdə bir qədər ziddiyyətli məqamlar var. Bu hal adətən polis formasında olan əməkdaşlara tətbiq olunur. Lakin nəzərə almaq lazımdır ki, əməliyyat-axtarış tədbirləri ilə əlaqədar bəzi polis əməkdaşları mülkü geyimdə xidmət aparırlar.

Bütün hallarda bu gün baş vermiş hadisədə polis əməkdaşını qınamaq lazım deyil. Lakin hər bir halda, həmin əməkdaş situasiyaya uyğun hərəkət edib 20 qəpik ödəməklə bu cür görüntülərin yaranmasının qarşısını ala bilərdi. Bu hadisə anlarını sərnişinlərdən biri mobil telefonun kamerası vasitəsi ilə qeydə alıb. Həmin görüntüləri sizlərə təqdim edirik:

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3490

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2612

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2023

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1776
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-03-2020 21:10



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru