Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Sentyabr

2015
12:46
Sürücülərin nəzərinə: Yanacaq Doldurma Məntəqələrində yeni qaydalar

Azərbaycan Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakının bir neçə küçə və prospektlərində, nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması və maneəsiz hərəkətini təmin etmək məqsədilə yollarda bir sıra təkliflər hazırlayıb.

NİİM-dən daxil olan məlumata görə, Bakı şəhəri ərazisində yerləşən bir çox yanacaqdoldurma məntəqələri (YDM) və digər obyektlərdən, nəqliyyat vasitələrinin giriş-çıxış hissələrinin kənarları itibucaq formasında olduğu üçün avtomobillər giriş və çıxış etdikləri zaman geniş manevr edirlər ki, bu da yolun iki hərəkət zolağından birinin anidən tutulmasına, eləcə də hərəkətdə olan və arxadan gələn digər nəqliyyat vasitələrinin sərbəst hərəkət etməsinə maneə yaradır.

Nümunə üçün, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində, hər iki kənar köməkçi yolda “Azpetrol” YDM-də və eləcə də “Asan” xidmətin binasının qarşısındakı avtobus marşrutlarının dayanacağı üçün salınmış cibdə analoji hal yaşandığından, yol-nəqliyyat hadisəsinin baş verməməsi və tıxac hallarının yaranmaması üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən əraziyə baxış keçirilmiş, yolun hərəkət hissəsinin ölçüləri və qeyd olunan istiqamətlərdən istifadə edən nəqliyyat vasitələrinin sayı götürülmüşdür.

Heydər Əliyev prospekti, sağ kənar köməkçi yol, şəhərin mərkəzi istiqamətində, “Azpetrol” YDMdən çıxış üçün salınmış yolun eni 10,5 metr, yolun hərəkət hissəsinin eni isə 7,2 metr, hərəkətdə olan ortalama nəqliyyat vasitələrinin sayı 41941 avt/gün təşkil edir. Qarşı tərəf isə Heydər Əliyev prospekti, sağ kənar köməkçi yol, “Koroğlu” metro stansiyası istiqamətində “Azpetrol” YDM-dən çıxış üçün salınmış yolun eni 8 metr, yolun hərəkət hissəsinin eni isə 14 metr, hərəkətdə olan ortalama nəqliyyat vasitələrinin sayı isə 35 325 avt/gün təşkil edir.

Yuxarıda qeyd edilənlərə və aparılan araşdırmalara uyğun olaraq, Bakı şəhəri ərazisində yerləşən bir çox YDM-dən və digər obyektlərdən, eləcə də Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospektində, hər iki kənar köməkçi yolda yerləşən “Azpetrol” YDM və “Asan” xidmətin binasının qarşısındakı avtobus marşrutlarının dayanacağı üçün salınmış cibdən giriş-çıxış üçün yolun kənarlarının sxemdə göstərildiyi qaydada ovalşəkilli edilməsi təklif edilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
20047

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
18652

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
19987

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
19568

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
25106

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
19556

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
19716
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-08-2020 15:05





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru