Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Sentyabr

2015
12:09
Rusiyada polis zabitini öldürən azərbaycanlının işi məhkəməyə verildi

Moskva Prokurorluğu 49 yaşlı Azərbaycan vətəndaşı Xəlil Sarıyevə qarşı cinayət işi üzrə ittiham qərarını təsdiq edib.

O, istintaq orqanları tərəfindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 317-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə ittiham olunur.

Müəyyən edilib ki, 2014-cü il aprelin 6-na keçən gecə Xəlil Sarıyev qəsdən adam öldürməyə görə axtarışda olan tanışı Hüseyn Xəlilov ilə Moskva şəhəri, Radujnaya küçəsində kirayə tutduğu mənzildə olub. Həmin zaman Xəlilovun tutulmasına yönəlmiş operativ əməliyyat tədbirləri çərçivəsində göstərilən ünvana Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları gəlib.

Əməliyyatçıların dəfələrlə tələbindən sonra onlar mənzilin qapısını polislərin üzünə açıblar. Polis kapitanı Sergey Jadobkin özünü təqdim edərək əlində silah dəhlizə daxil olduqda, mətbəxdə olan Sarıyev Xəlilovun tutulmasını əngəlləmək məqsədi ilə onu ov tüfəngi ilə vurub. Zərərçəkən aldığı odlu silah yaralarından hadisə yerində keçinib. Sarıyev və Xəlilov isə onun həmkarları tərəfindən saxlanılıb. Rusiya prezidentinin 14 oktyabr 2014-cü il tarixli fərmanı ilə polis kapitanı Sergey Jadobkin ölümündən sonra Cəsurluq ordeni ilə təltif edilib.

Sarıyev barəsində açılan cinayət işi mahiyyəti üzrə baxılması üçün Moskva şəhər məhkəməsinə göndərilib.

Moskva vilayəti Krasnoqorski şəhər məhkəməsinin 11 dekabr 2014-cü il qərarı ilə Xəlilov 7,5 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3873

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2795

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2237

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1887
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-04-2020 09:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru