Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Sentyabr

2015
15:47
780
Azərbaycan milli axtarış sistemini yaradır

Azərbaycanın “Dilmanc” proqram təminatçısı milli axtarış sisteminin yaradılması layihəsi üzrə araşdırma işlərinə başlayıb. Bunu Trend-ə “Dilmanc” layihəsinin rəhbəri Əbülfət Fətullayev deyib.

Onun sözlərinə görə, layihənin elmi rəhbəri rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovdur: “Hazırda axtarış sisteminin proqram tərkib hissəsi araşdırılır. Veb səhifələri skan etməyə imkan yaradan krauler artıq yaradılıb və perspektivdə axtarış aparanın ehtiyaclarına uyğun adaptasiya ediləcək”.

Ə.Fətullayev qeyd edib ki, milli axtarış sisteminin yaradılmasında məqsəd ilk növbədə ölkənin informasiya sisteminin təhlükəsizliyinin təmin edilməsidir: “Reklamlardan əldə edilən gəlirlərin Azərbaycanda qalması da vacib məqamdır. Bu istiqamətdə işlərə artıq start verilib, biz hələ yolun başlanğıcındayıq. Layihə çərçivəsində fəaliyyətə mütəxəssisləri və tədqiqatçıları cəlb etməyi planlaşdırırıq. Soft yaradılacaq, testlər aparılacaq, serverlər alınacaq. Axtarışı Azərbaycan, ingilis, türk, rus və digər dillərdə təfsilatı ilə göstərmək lazımdır. Buna isə kifayət qədər vaxt lazımdır”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİM maksimal balı açıqlayıb

27

May
10:51
ELM / TƏHSİL
30

Konqoda gəmi batıb: 30 ölü var

27

May
10:08
DÜNYA
85

Neft bahalaşıb

27

May
09:51
İQTİSADİYYAT
59

Musa Yaqub evə buraxıldı

27

May
09:48
DÜNYA
1007

Goranboyda dolu yağdı

27

May
09:39
HÜQUQ,HADİSƏ
75
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2019 11:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru