Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Sentyabr

2015
15:27
Polis rəisi otel tikdirdi və fəhlələrə `pul atdı` FOTOLAR

FaktXəbər-in verdiyi məlumata görə, Ucar rayon sakini İlyas Əhmədov Oğuz Rayon Polis Şöbəsinin rəisi Tahir Quliyevin ailəyə məxsus maliyyə vəsaitini verməməsindən şikayət edir.

Onun sözlərinə görə, bu ilin yanvar-iyun aylarında özü, atası, iki qardaşı və daha 10 nəfər fəhlə olmaqla Bərdə rayonunda polis rəisinə məxsus “Qızıl balıq” otel-restoranının tikintisində kafel-metlax və taxta işləri aparıblar. 5 ha-dan çox ərazini əhatə edən həmin otel -restoranda böyük binalar, 15 ədəd kotec, çoxsaylı köşklər olub. Rəis (Tahir Quliyev o vaxt Ucar Rayon Polis Şöbəsinin rəisi olub) bütün işlərə görə Əhmədovlar ailəsinə 7250 manat pul verməliymiş.

İşlər tamam olduqdan sonra T Quliyevdən pullarını istədikdə rəis bu adamları həbs edəcəyilə hədələyib. Rəis pulları vermədiyi üçün İ.Əhmədov ailəyə məxsus “Ford” markalı maşını 5500 manata sataraq fəhlələrin pulunun bir hissəsini verib.

T.Quliyevin 10 min başdan çox qoyun sürüsünə, Bərdədə iki quşçuluq broylerinə sahib olduğunu deyən İ.Əhmədov bu qədər varidatın müqabilində 4 nəfər şəxsin zəhmət haqqını mənimsədiyini bildirir.

İ.Əhmədov mətbuata bu müraciətə qədər dövlət başçısına, nazir Ramil Usubova müraciət ünvanlayıb.

“Milyonlarla manat var-dövləti olan Tahir Quliyevin bizə olan borcunu almaqda bizə kömək edin”, - Əhmədovlar ailəsi qeyd edir.

DİN mətbuat xidmətindən "Turan"-a bildirilib ki, əgər nazirə müraciət edilibsə araşdırılıb cavab verilər, yox müraciət olmayıbsa, müraciət edilsin və məsələ araşdırılsın.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4678

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3167

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2526

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2096
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-04-2020 09:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru