Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Sentyabr

2015
14:52
Eldəniz Quliyevdən polisə şikayət edildi

Milli Şuranın üzvü Eldəniz Quliyev haqqında polisə şikayət edilib. Cebhe.info xəbər verir ki, şikayət ərizəsində Milli Şura üzvü və Ziyalılar Formunun sədri Eldəniz Quliyevin 5 sentyabr 2015-ci il tarixdə “Facebook” sosial şəbəkəsində AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin bəzi üzvlərinin şəkillərini paylaşaraq, onları təhqir edən status yazdığı bildirilir.

Şikayətçilər təhqir edildiklərini əsas gətirərək Eldəniz Quliyevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə ittiham olunmasını tələb edirlər.

Onların sözlərinə görə, sonrakı mərhələdə məsələ məhkəmə müstəvisində həll ediləcək. Şikayətçilərin tələblərinə gəlincə, tələblər çox ilgincdir. Belə ki, şikayətçilər Eldəniz Quliyevin donuz fermasında təmizlik işinə cəlb edilməsini istəyirlər.

Xatırladaq ki, Eldəniz Quliyevin polisə və məhkəməyə müraciətə səbəb olan statusu belə olub:"Bu şəkili görəndə Məşədi İbadın qonaqlıq səhnəsini xatırladım! Fərq təkcə budur ki, o məşhur səhnə gülməli, bu cılız səhnə isə ürəkbulandırandı!.

Hamı bilir ki, quşlar cəmləşib səf yaradır, durnalar düzülüb qatar-qatar uçur, qoyunlar yığışıb sürü olur, iribuynuzlular birləşib naxıra, atlar toplaşıb ilxıya çevrilirlər... Amma anlaya bilmirdim ki, bəs, indiyəcən uzunqulaqların cəminə niyə fikirləşib bir ad qoymayıblar, axı?.. Sualın cavabı bu şəkilə baxanda aydın oldu! Yəni şəkildə gördüyümüz belə yığınağa ad tapmaq eynən uzunqulaq topasına ad qoymaq kimi, qeyri-mümkün məsələ, bəlkə də bihudə bir işdir.

Qoy, indi - üzr istəyirəm, - şıllaqlayıb ağnasınlar!.. Dəsmal götürüb ağlamaqları isə, heç şübhəsiz ki, hələ qabaqdadır!"

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
48338

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46387

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
48016

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47626

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
53209

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
47254

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47650
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-10-2020 12:24





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru