Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Sentyabr

2015
11:01
938
Azərbaycan Dəmir Yollarının Ziya Məmmədovdan alınması doğrudur
Qubad İbadoğlu: Dövlət büdcəsinə töhfə vermək olar

Dövlət başçısı İlham Əliyevin dəmiryolu barədə fərmanı ekspertlər tərəfindən dəstəklənir. Bir çox ekspertlər bu fikirdədir ki, dövlət başçısının sərəncamı qeyri-neft sektorunun inkişafı üçün atılmış addım hesab oluna bilər. Bildirilir ki, ölkədə qeyri-neft sektorunun inkişafı üçün ciddi addımlar atılmalıdır və bu sərəncam həmin addımlardan biridir.

Qeyd edək ki, bir neçə gün əvvəl “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" sərəncama dəyişiklik edilməsi barədə daha bir sərəncam imzalanıb. Bununla “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Nəqliyyat Nazirliyinin tabeçiliyindən çıxarılıb. 

Ekspert Qubad İbadoğlu məsələ ilə bağlı bildirib ki, neft bölməsinin ildən-ilə kiçildiyi şəraitdə, eləcə də Azərbaycanın Asiya və Avropa arasında beynəlxalq nəqliyyat dəhlizi rolunu oynadığı dönəmdə təsərrüfat və kommersiya fəaliyyətinə malik olan dəmiryol nəqliyyatının bu sahədə dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyətinin tərkibindən çıxarılması düzgün yanaşmadır.

“Odur ki, dəmir yolu xidmətlərinin genişləndiyini, ”Bakı-Tiflis-Qars", “Şimal-Cənub” dəmir yolu marşrutlar üzrə regional tranzit daşımalarında Azərbaycan dəmir yollarının iştirakının və bununla əlaqədar bu sistemdə yük və sərnişin daşınmalarının həcminin genişləndiyini, eləcə də digər nəqliyyat infrastrukturları ilə dəmir yolu arasında rəqabətli mühitin təmin edilməsinin zəruriliyini əsas götürərək, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" fərmanı təqdir edirəm. Fikrimcə, bu çür qərarlar davam etməli, təsərrüfat və kommersiya fəaliyyəti ilə məşğul olan digər strukturlar, o sıradan da “Avtonəqliyyatservis”in də Nəqliyyat Nazirliyinin tərkibindən çıxarılması yolu ilə bu sahədə dövlət idarəetmə sistemi daha da təkmilləşdirilməlidir. Çünki bu halda nəqliyyat sferasında ayrı-ayrı həlqələr arasında rəqabətli mühit yaratmaqla və ondan qaynaqlanan keyfiyyətli nəqliyyat xidmətləri göstərməklə, həmin sistemdə izafi xərc tutumuna malik olan struktur elementlərini özəlləşdirmək, mövcud vəsaitlərdən daha səmərəli istifadə edib həm təsərrüfat fəaliyyətini təkmilləşdirmək və həm də dövlət büdcəsinə daha çox töhfə vermək olar",- deyə ekspert vurğulayıb.

Ekspert Vüqar Bayramov isə qeyd edib ki, ölkənin qeyri-neft sektorunun inkişafında nəqliyyat sektorunun institusional dəstəklənməsinə ehtiyac var: “Bu, birmənalı şəkildə qeyri-neft sektorunun prioritet istiqamətlərinin müəyyənləşməsinə imkan verir. O baxımdan prezidentin nəqliyyat sektoru ilə bağlı fərmanı yalnız institusional dəyişiklik deyil, eyni zamanda qeyri-neft sektorunda prioritet istiqamətlərin müəyyənləşdirilməsi kimi xarakterizə olunmalıdır. Praktik olaraq o deməkdir ki, nəqliyyat sektoru Azərbaycanda əsas prioritet sektorlardan biri olacaq. Nəzərə alsaq ki, Azərbaycanın coğrafi mövqeyi, nəqliyyat sektorunun əsas sektor olmaması, ”Bakı-Tiflis-Qars" dəmiryol xəttinin istifadəyə veriləcəyi fonunda Azərbaycan nəqliyyatı əslində mərkəzə çevrilə bilər. 

Azərbaycanın mövcud vəziyyəti, şərait imkan verir ki, regionun nəqliyyat xabına çevrilsin. İnstitusional dəyişikliklərin, institusional dəstəyin olmasına ehtiyac var. Prezidentin son fərmanı institusional dəstək kimi qiymətləndirilməlidir. Bu, imkan verəcək ki, nəqliyyat infrastrukturundan istifadə etməklə mal və məhsulların ölkə ərazisindən daşınmasını təmin etməklə daha geniş mənada tranzit ölkəyə çevrilsin. Dövlət büdcəsinin gəlirlərinin formalaşması üçün əlavə gəlir mənbəyinin yaranmasına imkan verir. O baxımdan, institusional dəyişikliyin qeyri-neft sektorunun inkişafına verilən bir mesaj, bir istiqamət kimi qiymətləndirilməlidir".

V.Bayramov da bildirir ki, Azərbaycanın qeyri-neft sektorunda müqayisəli üstünlüyə malik olan sektorların müəyyənləşməsi və dəstəklənməsi ilə bağlı tədqiqatları olub: “Konkret istiqamətlər müəyyənləşdirmişik. Bizim təklif etdiyimiz model də göstərir ki, Azərbaycanda yükdaşıma və nəqliyyat qeyri-neft sektorunun prioritet istiqamətlərindən biridir. Ona görə ki, Azərbaycanın coğrafi mövqeyi buna imkan verir. Yəni Azərbaycan yükdaşıma və nəqliyyat vasitəsilə ölkə olaraq xeyli gəlir əldə edə bilər. ”İpək yolu", eyni zamanda Bakı-Tiflis-Qars dəmiryol xəttinin inşasının başa çatması, eləcə də Rusiya ilə İranın Azərbaycan vasitəsilə coğrafi baxımdan birləşməsi imkan verir ki, Azərbaycan yükdaşımalardan ciddi şəkildə gəlir əldə edə bilsin".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
58

Övladlarınıza verdiyiniz 8 zərərli qida

23

May
16:09
AİLƏ, SAĞLAMLIQ
131

Maksimum bal toplayanların sayı azalıb - SƏBƏB

23

May
15:40
ELM / TƏHSİL
2022

Abgül Süleymanovun həbsxanası dəyişdirildi

23

May
15:26
HÜQUQ,HADİSƏ
479

Görməni zəiflədən məhsullar

23

May
14:29
AİLƏ, SAĞLAMLIQ
146

Günün qarşılaşmaları TV AFİŞA

23

May
13:40
İDMAN
102
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2019 17:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru