Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Sentyabr

2015
17:17
1108
Beynəlxalq qurumdan Azərbaycan üçün qorxunc devalvasiya açıqlaması

"Azərbaycanın xarici valyuta ehtiyatlarının azalması və neftin uzuşlaşması manatın növbəti devalvasiyasına səbəb ola bilər. Əgər indiki trend qarşıdakı aylarda da davam edərsə."

Bu, Asiya İnkişaf Bankının gözləntisidir. Bankın “Asian Development Outlook 2015 Update” adlı hesabatında bildirilir ki, Azərbaycanın bank sektorundakı dollarlaşma ən çox narahatlıq doğuran amildir: “Bu ilin fevralındakı devalvasiyadan sonra dollar depozitləri az qala iki dəfə artıb”.

Bank qeyd edir ki, Azərbaycanın xarici valyuta ehtiyatları bu ilin yanvar-avqust aylarında təxminən 30 faiz azalıb. Bu azalma Mərkəzi Bankın devalvasiyadan sonra manatın məzənnəsini sabit saxlamaq cəhdlərinin nəticəsidir.

Manatın məzənnəsi dünya bazarlarında neftin qiymətindən asılıdır. Əgər ötən ilin avqustunda Azərbaycan nefti 103.08 dollara satılırdısa, indi iki dəfədən çox ucuzlaşıb. Ölkədə inflyasiya sürətlənib. Və devalvasiya xaricdən gətirilən malların qiymətinin artmasına şərait yaratmaqda davam edəcək:

Bank xatırladır ki, hökumət qənaətə keçib: "2016-cı ilin dövlət büdcəsi yığcamlaşdırılıb, bəzi investisiya layihələri təxirə salınıb."

Amma növbəti devalvasiya ilə bağlı proqnozuna baxmayaraq bank bundan əvvəlki hesabatda Azərbaycanın inkişaf tempi ilə bağlı verdiyi proqnozu dəyişməyib.

Asiya İnkişaf Bankı 1966-cı ildə yaradılıb. Məqsədi Asiyada iqtisadi inkişafa dəstək verməkdir. Mərkəzi qərargahı Filippində yerləşən bankın nizamnamə kapitalı 55 milyard dollardır. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Övladlarınıza verdiyiniz 8 zərərli qida

23

May
16:09
AİLƏ, SAĞLAMLIQ
105

Maksimum bal toplayanların sayı azalıb - SƏBƏB

23

May
15:40
ELM / TƏHSİL
1980

Abgül Süleymanovun həbsxanası dəyişdirildi

23

May
15:26
HÜQUQ,HADİSƏ
465

Görməni zəiflədən məhsullar

23

May
14:29
AİLƏ, SAĞLAMLIQ
129
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2019 16:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru