Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Sentyabr

2015
15:05
418
Azərbaycan dəniz taksiləri ideyasını təxirə salıb

Bakı buxtasında kiçik dəniz taksilərinin fəaliyyətinin təşkili ideyasından müvəqqəti imtina edilib. Paytaxtın küləkli hava şəraiti kiçik taksilərin hərəkətinə imkan vermədiyindən bu məsələ hazırda gündəmdə deyil. Bunu "Report"a açıqlamasında Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov deyib.

"Bakıda cənub küləkləri artıb, dəniz şəraiti taksilərin hərəkətinə həmişə maneə törədir. Ona görə biz bunu təxirə saldıq", - deyə Q.Qurbanov bildirib.

Onun sözlərinə görə, kiçik dəniz taksiləri əvəzində Bakı buxtasında yeni alınan böyük gəmilər hərəkət edir: "Onlar sərnişin gəzintiləri ilə məşğuldur. Bizim dəniz şıltaq olduğuna, hazırda cənub küləklərinin intensivliyi artdığına görə balaca gəmilərin hərəkəti məhdudlaşır".

Xatırladaq ki, əvvəlki təkliflərdə dəniz taksilərinin Dövlət Bayrağı Meydanından Əhmədli qəsəbəsinədək və əks istiqamətdə xidmət göstərəcəyi nəzərdə tutulurdu.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
92

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1351
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 08:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru