
Hər bayram öncəsi cəmiyyətdə məhkumların əfv edilə biləcəyi ilə bağlı ümidlər artır. Bu sərəncamı isə ən çox gözləyənlər təbii ki, məhkum ailələridir. Qurban bayramının yaxınlaşması əfv olacağı ilə bağlı ümidləri yenidən artırıb.
Konstitusiyaya görə əfv sərəncamını imzalamaq prezidentin müstəsna hüququdur. Lakin Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası adlı qurum da fəaliyyət göstərir. Məhz bu qurum məhkumların siyahılarını hazırlayaraq, ölkə başçısına təqdim edir. Onların hazırladıqları siyahı tövsiyə xarakteri daşıyır. Komissiyanın sədri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdir.
Bəs Əfv Komissiyası necə fəaliyyət göstərir?
Əfv Məsələləri Komissiyasının fəaliyyəti barədə “Yeni Müsavat”a adıçəkilən komissiyanın üzvü, deputat Məlahət İbrahimqızı danışıb. O bildirib ki, bayramlardan asılı olmayaraq, komissiya daim fəaliyyət göstərir: “Bizə müntəzəm olaraq müraciətlər daxil olur. Bu dövlət komissiyasının özünün xüsusi əsasnaməsi var. Əsasnaməyə uyğun olaraq, komissiya üzvləri öz işlərini qururlar. Bizə məhkumların qohumları, ailə üzvləri tərəfindən müntəzəm şəkildə ərizələr daxil olur. Daha sonra məhkumluqla bağlı sənədləri toplayırıq və araşdırmalara başlayırıq. Məhkumun cəzaçəkmə müəssisəsində olduğu dövrdə özünü necə aparması, törətdiyi cinayət əməlindən peşmançılığı və digər bu kimi faktlar toplanılır. Eyni zamanda əsasnamənin prinsiplərinə uyğun olaraq, məhkum ona verilən cəzanın müəyyən bir hissəsini çəkməlidir. Yüngül cəza ilə ağır cəza verilənə eyni cür yanaşılmır. Sonda verilən hökmün surətini əldə edirik. Tam material hazırlandıqdan sonra Prezident Administrasiyasında əfv məsələlərini tənzimləyən dövlət sektorunda məhkumlarla bağlı müraciətlər bir daha təhlil olunur. Eyni zamanda məhkumun özünün ərizəsi də tələb edilir. Əgər məhkum törətdiyi əməlin peşmançılığını keçirib əfv olunmasını istəmirsə, onun məsələsinə baxılmır. Hər bir insan kiməsə toxunan zaman belə, ondan üzr istəyir. Məsələyə bu aspektdən yanaşdıqda, cəza törədən məhkum peşmanlığını ifadə edən və əfv olunmağını bildirən ərizə də yazmalıdır”.
M. İbrahimqızı bildirib ki, insanlarda elə təəssürat yaranıb ki, sanki komissiya bayramdan-bayrama işləyir: “Ancaq bu belə deyil. Bizim fəaliyyətimiz daimidir və iclaslarımız da müntəzəm olaraq keçirilir. Sadəcə olaraq, misal üçün, üç məhkumun ərizəsinə görə iclas keçirmirik. Komissiyanın üzvləri tanınmış adamlardır, güc strukturlarının əməkdaşlarıdır. Müəyyən sayda ərizə toplandıqdan sonra iclasın vaxtı müəyyən olunur və keçirilir. İlin demək olar ki, hər ayı ölkəmizdə bir əlamətdar hadisə olur. Bayramlarımız çoxdur. Mətbuatda elə formalaşıb ki, guya komissiya ancaq bayramlarda işləyir. Məsələn, bu ay Qurban bayramıdır, gələn ay müstəqillik günü gəlir. Vətəndaşlara deyə bilmərik ki, bizə ancaq bayramlarda müraciət edin. Onlar istədikləri vaxt müraciət edirlər. Biz də həmin gün müraciətə baxırıq. Bu çox həssas məsələdir. Məhkumu gözləyən onlarla yaxını, qohumu var. Bütün bunları nəzərə alırıq. Həm də dövlətimizin qanununa uyğun olaraq, vətəndaşların müraciətinə baxılmalıdır.
Müraciət alındıqdan sonra onu bizə ünvanlayana cavab da göndəririk. Bir məqam da var ki, məhkum əfv olunan zaman, onun zərər verdiyi qarşı tərəf də buna razı olsun. Ən vacib tərəf də elə budur ki, zərərçəkmiş cinayətkarın əfv olunmasına etiraz etməsin. Bu çox önəmli məqamdır. Hətta qarşı tərəf yazılı qaydada öz razılığını bildirməlidir və bu, notariat kontorları tərəfindən təsdiqlənməlidir. Biz hər il maksimum dərəcədə çalışırıq ki, daha çox məhkuma şamil olunan əfv fərmanı imzalansın. Möhtərəm prezidentimiz də hər zaman çalışır ki, insanlara humanist yanaşsın. Konkret deyə bilmərəm ki, bugünlərdə əfv fərmanı imzalanacaq. Çünki bu bizim səlahiyyətimizə daxil deyil”.
İnsan Haqları üzrə İşçi Qrupunun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, onlar da məhkumların siyahısını hazırlayıblar: “Biz də məhkumların siyahısını hazırlayıb, Əfv Məsələləri Komissiyasına göndərmişik. Ümid edirik ki, prezident Qurban bayramı ərəfəsində əfv sərəncamı imzalayar və bizim siyahıdakı məhkumların da adı orada olar”.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 25-06-2020 11:41 Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
- 18-06-2020 09:44 Deputatdan “Azərsu” rəhbərliyinə sərt ittihamlar
- 11-06-2020 11:15 Görkəmli italyan virusoloqdan insanlara koronavirusla bağlı şad xəbər
- 09-06-2020 15:35 Komitə sədri: "Sərt karantin rejiminin nəticələrini iyunun ikinci yarısında görəcəyik"
- 01-06-2020 16:12 Fuad Nağıyev: “Daxili turizmin inkişafı prioritet istiqamətdir”
- 20-05-2020 13:55 "Onlar qudurğan həyat tərzi ilə xalqa yanğı verdilər"
- 18-05-2020 17:44 "Trilyonlar itirilib, belə oyun olar?"
- 14-03-2020 12:02 "Atam 24 saat işləyir ki, ölkəsinə xidmət etsin" - Oqtay Şirəliyevin qızı
- 11-03-2020 13:15 Vüqar Bayramov: “Azərbaycan xarici şoklara çevik reaksiya verir”
- 28-02-2020 11:06 Baş epidemioloq: Koronavirusla bağlı təhlükə olsa, onu gizlədən deyilik
- 24-02-2020 14:23 Hacı İlham Əliyev: Dünya artıq ABŞ-ın yalanlarından doyub
- 12-02-2020 14:58 "Ölənlər 10-15 ilin vərəm xəstələridir, yaşlı adamlardır" - İnstitutun həkimi
- 12-02-2020 13:45 Seçkidə "karusel"ə cəlb olunan müəllimlər cəzalandırılacaq
- 04-02-2020 14:23 İşsiz qalan deputatlar nə ilə dolanacaq? - SORĞU
- 29-01-2020 12:31 Nərminin nənəsi: "Qızım və kürəkənimdə də günah var"
- 27-01-2020 13:37 Həyəcan təbili: Azərbaycanda boşanmaların əsas səbəbi sosial şəbəkələrdir
- 27-01-2020 12:05 Koronavirusa qarşı peyvənd varmı? - AÇIQLAMA
- 23-01-2020 11:45 Xuraman Şuşalı: "AzTV hicablı olduğuma görə məni efirlərə dəvət etmir"
- 16-01-2020 11:21 Saleh Məmmədovun Xırdalandakı sıxlıqla bağlı açıqlaması tənqid olundu
- 28-12-2019 13:09 Milyonlar qarşılığında satılan məktəblər, uşaq bağçaları - Misir Mərdanova ŞOK İTTİHAMLAR
- 05-12-2019 17:14 "Müsəlman ölkələri öz hüquqlarını qorumaq üçün güc toplamalıdır"
- 05-12-2019 13:52 Mübariz Qurbanlı: Müqəddəs yerlərə ziyarətlərin nizamlanması üçün lazımi tədbirlər görülür
- 28-11-2019 12:29 Hacıbala Abutalıbovun işdən çıxarıldıqdan sonra ilk müsahibəsi: “Ömür qısa, dəyməz qıza”
- 27-11-2019 10:51 Tağı Əhmədov Eldar Mahmudovu intihar etməyə çağırdı
- 25-11-2019 15:43 İcbari Tibbi Sığortaya keçid vaxtı dəyişildi