Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Sentyabr

2015
15:37
Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin sayı azalıb

Ölkəmizdə sosial rifah halının getdikcə yaxşılaşması və sosial yardımların təyinatında ünvanlılığın və şəffaflığın təminatına nəzarətin artırılması nəticəsində ünvanlı dövlət sosial yardımı alanların sayı ötən ay da azalmaqda davam edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən FaktXəbər-ə verilən məlumata görə, cari ilin avqust ayında respublikamızda 117 846 ailə (511 963 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı alıb ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 10 561 ailə (49 433 nəfər ailə üzvü) və ya 8,2% azdır. Ailə üzvlərinin sayına görə isə azalma 8,8% təşkil edib.

Ötən ay ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 22,27 manat (17,2 %) artaraq 151,68 manata çatıb. Ünvanlı sosial yardım alan ailələrdə yaşı 18-dək ailə üzvlərinin sayı 243 085 nəfər, o cümlədən, 1 yaşadək ailə üzvlərinin sayı 5838 nəfər, sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 5640 nəfərdir. Bu yardımın təyin olunduğu ailələrin 33 433-ü tərkibində 3 və daha çox uşağı olanlardır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 23 fevral 2015-ci il tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardımı sisteminin elektron əsaslar üzərində avtomatlaşdırılması üçün texniki infrastruktur, habelə bu sistemə keçidlə əlaqədar yeni qaydalar hazırlanır. Hazırda müvafiq proqram təminatları test yoxlamaları əsasında təkmilləşdirilir. Bu yeni sistem aztəminatlı ailələrin bu yardım sistemi üzrə çevik, rahat və şəffaf xidmətlərlə təmin olunmasına şərait yaradacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
428

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
362

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
337
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 19:26





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru