Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Sentyabr

2015
15:15
942
`Qarabağ` `Tottenhem` qarşısına hansı heyətlə çıxacaq?

"Qarabağ" çətin sınaq qarşısındadı. Sport7.az xəbər verir ki, ardıcıl ikinci dəfə Avropa Liqasının qrup mərhələsinə qatılmaq şansı əldə edən Qurban Qurbanovun yetirmələri sabah İngiltərənin köklü klublarından "Tottenhem"in qonağı olacaq.

Londonda baş tutacaq qarşılaşmaya gənc mütəxəssisin hansı heyətlə çıxacağı indidən maraqla gözlənilir. "Qarabağ"ın güclü rəqibi qarşısında ilk növbədə qapısını toxunulmaz saxlamağa çalışacaq. Sözsüz ki, belə durumda Qurban Qurbanovun daha çox müdafiəyə diqqət yetirəcəyi istisna deyil.

Bu səbəbdən "atlılar"ın çalışdırıcısının 4-3-2-1 sxemindən istifadə edəcəyi daha real görünür. "White Hart Lane" stadionunda baş tutacaq qarşılaşmada son çempionun qapısını İbrahim Şehiçin qoruyacağı heç kimdə şübhə doğurmur. Topaz Premyer Liqasının 4-cü turunda Qurbanovun istirahət verdiyi Rəşad Sadıqov və Bədavi Hüseynov müdafiənin mərkəzində olacaq. Müdafiənin sol cinah hər zaman olduğu kimi Ansi Aqollinindi. Sağ cinah isə bir qədər problemlidi. Maksim Medvedevin yoxluğunda İlqar Qurbanov müdafiənin sağ cinahına tam nəzarət edə bilmir. Amma onu da nəzərə alaq ki, Medvedev zədədən qayıdıb. "Xəzər Lənkəran"la qarşılaşmanın ilk 45 dəqiqəsində çıxış edən Maksimin sabahkı qarşılaşmada da iştirak edəcəyi gözlənilir.

Müdafiənin önündə isə Riçard Almeyda və Qara Qarayev olacaq. Yarımmüdafiəçilərə gəlincə, mərkəz Dani Kintanaya tapşırılacaq. Sağ cinahda əvvəlki formasını bərpa edən Əfran İsmayılovun olacağı daha realdı.  Hücumda hollandiyalı Raydell Pupona güvənəcək Qurban Qurbanovun, yarımüdafiənin sol cinahında da braziliyalı Reynaldoya şans verəcəyi daha real görünür. "Xəzər Lənkəran"la matçın qəhrəmanı Samuel Armenteros isə növbəsini ehtiyat oyunçular skamyasında gözləyəcək.

Beləliklə, Sport7.az-ın ehtimalına görə, "Qarabağ" "Tottenhem" qarşısına aşağıdakı heyətlə çıxacaq:

"Qarabağ": İbrahim Şehiç, Rəşad Sadıqov, Bədavi Hüseynov, Ansi Aqolli, Maksim Medvedev, Qara Qarayev, Riçard Almeyda, Əfran İsmayılov, Dani Kintana, Reynaldo və Raydell Pupon. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 4%-dən çox ucuzlaşıb

24

May
09:37
İQTİSADİYYAT
401

Mərkəzi Bank "Mastercard"la memorandum imzalayıb

23

May
18:12
İQTİSADİYYAT
104

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
131
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 09:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru