Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Sentyabr

2015
13:27
554
İƏT Dağlıq Qarabağda keçiriləcək “seçkilər”i pisləyib

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində sentyabrın 13-də keçiriləcək qondarma seçkiləri pisləyən bəyanat yayıb.

Bəyanatda deyilir ki, İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi qətiyyətli mövqeyinə uyğun olaraq, 2015-ci il sentyabrın 13-də Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçiriləcək “bələdiyyə seçkiləri”ni qeyri-qanuni və BMT Təhlükəsizlik Şurasının, ATƏT, İƏT-in qətnamələrinə zidd hesab edir.

Bəyanatda bildirilir ki, İslam Əməkdaşlıq Təşkilatı Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində, beynəlxalq qətnamələrə və qərarlara uyğun olaraq sülh yolu ilə həlli istiqamətində göstərdiyi səylərdə rəsmi Bakıya dəstəyini davam etdirəcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
74

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1339
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 05:14



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru