Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Sentyabr

2015
13:17
Yol polisi Bakıda gündüz reydlərinə başladı – 20-40 manat cərimə - VIDEO
Bu dəfə dayanma-durma qaydasını pozan sürücülər cərimələnir

Paytaxt yollarında yol polisi reydlərə start verib. Hədəfdə avtobus dayanacağında və qanunsuz yerlərdə dayanma-durma qaydasını pozan sürücülər olub. Dünən keçirilən reyddə xeyli taksi sürücüsü də cərimələnib. Yol polisləri bu addımları yeni dərs ili ərəfəsində Bakı küçələrində avtomobil sıxlığına qarşı təddbirlər çərçivəsində atıb. Metronun «Azadlıq» stansiyası yaxınlığında, Süleyman Sani Axundov küçəsində dayanacağın qarşısında avtomobil saxlayaraq avtobus və sərnişinlərə mane olan taksi sürücüləri cərimələnib.

Cavadxan küçəsində isə sıxlıq əsasən gül dükanın yanında yaşanır. Sözügedən məkana polisin gəlməsi ilə taksi sürücüləri aradan çıxdılar. Amma gül almağa gələnlər və avtomobili bəzətdirən sürücülər məsuliyyətdən yayına bilmədilər. Bir saat davam edən reyddə 25 sürücüyə inzibati protokol yazıldı. Onlara 20 ilə 40 manat arasında cərimə yazıldı.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3502

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2617

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2023

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1776
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-03-2020 22:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru