Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

11 Sentyabr

2015
12:27
1105
Dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 11 sentyabr 2015-ci il tarixdən 28 dövlət orqanında inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan 264 vakant vəzifənin tutulması üçün müsabiqə, 7 dövlət orqanında isə inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 42 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilmişdir.

Müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin 216-sı mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 48-i isə birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.

Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 40-ı mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 2-si isə birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər.

İmtahanda namizədlər tərəfindən 100 test tapşırığının yerinə yetirilməsi nəzərdə tutulur. Test tapşırıqlarının hazırlanması üçün tərtib edilən ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytında yerləşdirilmişdir. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.

Test imtahanı aşağıdakı test bloklarından ibarət olur:

- dünyagörüşü, o cümlədən Azərbaycan dili və Azərbaycan haqqında ümumi biliklər 

üzrə - 15 test tapşırığı;

- qanunvericilik sahəsində - 40 test tapşırığı;

- informasiya texnologiyaları sahəsində - 15 test tapşırığı;

- məntiqi düşünmə qabiliyyəti sahəsində - 30 test tapşırığı.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq müvafiq dövlət orqanı üzrə müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması"nı 11 sentyabr 2015-ci il tarixdən 12 oktyabr 2015-ci il tarixdə saat 18:00-dək Komissiyaya təqdim etməlidirlər. Müraciət Forması elektron, şəxsən və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.

Ümumi müsahibədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları isə sənədlərini 11 sentyabr 2015-ci il tarixdən 30 sentyabr 2015-ci il tarixdə saat 18:00-dək Komissiyaya şəxsən və ya poçt vasitəsilə təqdim etməlidirlər.

Müsabiqə və ümumi müsahibəyə dair ətraflı məlumat “Respublika” qəzetinin 11 avqust 2015-ci il tarixli sayında və həmin tarixdən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytında - www.dqmk.az verilmişdir.

Qeyd edək ki, Komissiya 06, 14 və 28 avqust 2015-ci il tarixlərdə də müsabiqə elan etmişdir.

2015-ci il avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində inzibati vəzifələrin yeddinci təsnifatlarına uyğun olan 11 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqə üzrə namizədlərin qeydə alınması sentyabrın 4-də başa çatmışdır. Müsabiqə üzrə 801 namizəd qeydiyyatdan keçmişdir.

14 avqust 2015-ci il tarixdə 55 dövlət orqanında inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan 693 vakant vəzifənin tutulması üçün elan edilən müsabiqədə iştirak etmək məqsədilə bu günə kimi 4741 nəfər Komissiyada qeydiyyatdan keçmişdir. Bu müsabiqə üzrə qeydiyyat 14 sentyabr 2015-ci il tarixdə başa çatacaq.

28 avqust 2015-ci il tarixdə 30 dövlət orqanında inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan 130 vakant vəzifənin tutulması üçün elan edilən müsabiqədə iştirak etmək məqsədilə bu günə kimi 367 nəfər Komissiyada qeydiyyatdan keçmişdir. Bu müsabiqə üzrə isə qeydiyyat 26 sentyabr 2015-ci il tarixdə başa çatacaq.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 07:56

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru