Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Sentyabr

2015
12:32
330
Nəqliyyat Nazirliyi sürücülərə çağırış etdi - FOTO

Nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə aparılan kompleks tədbirlər çərçivəsində Binəqəqdi rayonunda bir neçə küçənin kəsişmələrinin təmirinə başlanılıb.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin Mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, təmir olunan ərazi Atatürk prospektinin hər iki istiqamət üzrə Səttar Bəhlulzadə küçəsinin kəsişməsindən Əcəmi Naxçıvani küçəsinin kəsişməsinədək olan hissələridir.

Uzun müddət təmir olunmadığı üçün yolun hərəkət hissələri sıradan çıxmış Şövkət Məmmədova küçəsinin Əcəmi Naxçıvani küçəsinin kəsişməsindən Cəfər Xəndan küçəsinin kəsişməsinədək olan hissəsi və Əcəmi Naxçıvani küçəsinin Ağa Sadıq Gəraybəyli küçəsinin kəsişməsindən Atatürk prospektinin kəsişməsinədək olan hissəsindən keçir.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən sözügedən küçələrin ümumilikdə 970 metrlik hissələrində təmir-tikinti işləri aparılır. Təmir-tikinti işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınıb. Ehtiyac olan yerlərdə yol yatağı bərkidiləndən sonra əraziyə yeni asfalt-beton örtüyü döşənəcək. Ümumilikdə burada 12500 kvadrat metr ərazidə asfaltlanma işləri aparılacaq və 1500 paqon metr köhnə səki daşı yenisi ilə əvəzlənəcək. Artıq bu istiqamətdə də işlərə start verilib.

Nəqliyyat naziri və "Azəryolservis" ASC rəhbərliyinin nəzarəti altında aparılan təmir-tikinti işləri zamanı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənəcək, zəruri olan yerlərsə səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulan yağış barmaqlıqları də dəyişdiriləcək. Bütün işlər yüksək keyfiyyətlə tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və tez bir zamanda yekunlaşdırılması planlaşdırılır.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC yaranmış müvəqqəti narahatçılığa görə üzr istəyir və sürücüləri görülən işlərə anlayışla yanaşmalarına çağırır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Deputat oğlunu həbsdən çıxartdırmaq istəyir

23

Avqust
12:48
HÜQUQ,HADİSƏ
3

Sabahın hava proqnozu açıqlanıb

23

Avqust
12:31
ÖLKƏ
107

Klublarımızın yay transferləri

23

Avqust
11:32
İDMAN
78

Hacıqabulda mikroavtobus qəzaya düşdü - 8 yaralı

23

Avqust
11:07
HÜQUQ,HADİSƏ
86

Bağdadi öz varisini təyin edir

23

Avqust
10:59
DÜNYA
145

Rusiyanın cənubunda ölümcül xəstəliklər yayılıb

23

Avqust
10:39
AİLƏ, SAĞLAMLIQ
94

DİM abituriyentlərə müraciət edib

23

Avqust
09:50
ELM / TƏHSİL
129

23 avqust tarixinə AMB-nin valyuta məzənnələri

23

Avqust
09:35
İQTİSADİYYAT
99
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-08-2019 12:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru