Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Sentyabr

2015
10:48
Ehtiyata buraxılan əsgərlərin yenidən hərbi hissələrə çağırışının arxasında nə dayanır?

Hərbi Xidməti bitirib ehtiyata buraxılan əsgərlərin bir hissəsi yenidən hərbi hissələrə çağırılır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən verilən məlumata görə, vətəndaşların yenidən çağırılmasına səbəb Müdafiə Nazirliyinin sentyabrın 6-dan 13-dək Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüşə hazırolma və döyüş qabiliyyətinin yoxlanılması məqsədilə Komanda Qərargah Hərbi Oyunları ilə əlaqədardır.

Dövlət Xidmətindən yenidən əsgərliyə çağırılan gənclərin hansı müddətə qədər hərbi hissələrdə qalacağının hələlik məlum olmadığını bildiriblər.

Qeyd edək ki, Ilham Əliyevin təsdiq etdiyi plana əsasən Müdafiə nazirinin rəhbərliyi altında sentyabrın 6-dan 13-dək Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüşə hazırolma və döyüş qabiliyyətinin yoxlanılması məqsədilə Komanda Qərargah Hərbi Oyunları keçirilir.

Təlimlərə 65.000 nəfərədək şəxsi heyət, 700-dək zirehli texnika, 500-dən çox raket və artilleriya qoşunlarının qurğusu, Hərbi Hava Qüvvələrinin 40-dək təyyarəsi və 50-dək helikopteri, Hərbi Dəniz Qüvvələrinin 20-dək gəmi və kateri, eləcə də Xüsusi Təyinatlı Qüvvələrin və qruplaşmaların havadan mühafizəsi məqsədilə qoşunların hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket birləşmələri cəlb edilib.

Təlimlərdə hava kəşfiyyatının aparılması məqsədilə pilotsuz uçan aparatlardan istifadə olunacaq.

Komanda Qərargah Hərbi Oyunlarında qoşunların döyüşə tam hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, müdafiənin aparılması, əks-hücum əməliyyatının hazırlanması və keçirilməsi, eləcə də düşmənin mühasirəyə alınması və darmadağın edilməsi üzrə tapşırıqlar icra olunacaq.

Komanda Qərargah Hərbi Oyunlarının son mərhələsində təlim mərkəzləri və poliqonlarda motoatıcı və tank bölmələrinin, raket və artilleriya qurğularının, zenit-raket komplekslərinin, döyüş təyyarə və helikopterlərinin döyüş atışları icra olunacaq, praktiki raket buraxılışları və bombalama həyata keçiriləcək.

Geniş miqyaslı təlimlərin təsadüf etdiyi dönəm də maraq doğurur. Rusiyanın regionda aktiv diplomatik danışıqlar apardığı, Xəzərdə hərbi gəmilərin iştirakı təlim keçirdiyi bir zamanda Azərbaycan bu cür addım atır. Eyni zamanda cəbhə bölgəsində Ermənistan da geniş miqyaslı təlimlərə başlayıb. Cəbhə xəttində isə hər ötən gün atəşkəsin daha intensiv pozulması müşahidə edilir. Hərbi məntiqlə yanaşsaq Azərbaycanın bu cür təlimlərə start verməsi ya bir müddət sonra geniş hərbi əməliyyatlara başlayacağına işarədir, ya da bu sadəcə olaraq düşmənə əzələ nümayişidir. Bəs Qarabağda müharibənin yaxın zamanlarda alovlanması nə dərəcədə mümkündür?

Politoloq Hikəmt Hacızadə hesab edir ki, Qarabağda Azərbaycan tərəfindən geniş miqyaslı hərbi əməliyyatlar gözlənilmir. Azərbaycanın hələ də erməni-rus alyansı ilə qarşı-qarşıya dayandığını deyən H.Hacızadə vurğuladı ki, keçirilən təlimlər daha çox əzələ nümayişinə bənzəyir: “Cəbhədə teatrı xatırladan əməliyyatlar keçirilə bilər. Cəbhədə vəziyyət olduqca gərgin və təhlükəlidir. Hər şey hələ də Rusyianın nəzarətindədir. Cəbhədə qoşunların hərəkəti də Rusiyanın razılığı ilə baş verə bilər”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kuba Kastrosuz qaldı

17

Aprel
12:54
DÜNYA
563

Azərbaycan nefti bahalaşıb

17

Aprel
11:32
BÖLMƏNİ DÜZ SEÇ!
430

Ramazan ayının 4-cü gününün duası - AUDİO

16

Aprel
20:00
MƏNƏVİYYAT
515

Azərbaycan qaz ixracını kəskin artırıb

16

Aprel
15:13
İQTİSADİYYAT
527
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-04-2021 06:10





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru