Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Sentyabr

2015
16:50
Azərbaycan yol polisi avtobuslarda daha bir yeniliyin tətbiqini istəyir

Beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrində olduğu kimi, avtobuslarda da taxoqrafların tətbiq edilməsi məcburi xarakter alsa, bu, avtobuslarla bağlı yol qəzalarının azalmasına və sərnişinlərin təhlükəsizlyinin daha yaxşı təmin edilməsinə gətirib çıxara bilər.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Şöbə rəisinin sözlərinə görə, taxoqraflar sürücünün sükan arxasında nə qədər müddət olduğunu, həmçinin avtomobilin sürət limitini hansı ərazilərdə və nə qədər aşdığını göstərir: “Xarici ölkələrdə taxoqraflar təkcə beynəlxalq yükdaşımalarda deyil, həm də daxili yükdaşımalarda, eyni zamanda, sərnişin nəqliyyatında, avtobuslarda da istifadə edilir. Azərbaycanda isə hələ ki, taxoqrafların avtobuslarda mütləq tətbiq olunması ilə bağlı qanunvericilikdə müddəa yoxdur. Lakin beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin taxoqrafla təmin olunması mütləqdir. Hətta taxoqraflarla təmin olunmamasına görə, həmin nəqliyyat vasitələrinin sürücüləri üçün məsuliyyət də nəzərdə tutulur. Amma taxoqrafın digər nəqliyyat vasitələrində tətbiqi ilə bağlı hələlik imperativ qayda yoxdur. Əgər bu məsələ qanunvericilikdə əksini tapsa və taxoqrafların avtobuslarda da olması tələb edilsə, əlbəttə bu, yorğun sürücülərin sükan arxasında əyləşməsi, sürücünün avtobusu ardıcıl olaraq 12-16 saat idarə etməsi, sürət həddini aşması hallarının qarşısını alar, eləcə də avtobusların məxsus olduğu müəssisə rəhbərlərinə, sahibkarlara nəqliyyat vasitələrinin hərəkətinə əlavə nəzarət etmək imkanı yaranar”.

Qeyd edək ki, Azərbaycanda sərnişin avtobuslarında sürücülərin işləmə vaxtını və sürət həddini müəyyən edən xüsusi cihazların quraşdırılması təklif edilir. Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı payız sessiyasında təşəbbüs irəli sürüləcəyi gözlənilir. Bildirilir ki, bir sıra ölkələrdə sərnişin avtobuslarının sürücülərinin hər birinin kartı var və bu kartla sürücü 8 saatdan artıq işləyə bilməz. Bundan əlavə, avtobuslarda sürət həddinə nəzarət edən cihazlar var və əgər sürücü sürət həddini aşarsa, cihaz qısa xəbərdarlıqdan sonra avtomobilin mühərrikini avtomatik olaraq dayandırır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
48338

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46387

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
48016

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47626

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
53209

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
47254

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47650
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-10-2020 12:20





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru