Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Sentyabr

2015
15:59
Bakıda 56-57 min xəstəyə yardım edilir

2000-ci ildən etibarən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının üzv ölkələrinin təşəbbüsü ilə hər il sentyabr ayının ikinci şənbəsi Ümumdünya İlkin Tibbi Yardım Günü (World First Aid Day) kimi qeyd olunur.

Dünyada ilk dəfə ilkin tibbi yardım hələ 19-cu əsrin sonlarında yaranıb. Səhiyyə Nazirliyindən FaktXəbər-ə verilən məlumata görə, Azərbaycanda ilk təcili tibbi yardım xidməti 1922-ci ildə yaranıb. 20-ci əsrin əvvəllərində Bakıda Ağ şəhər, Ramana, Qara şəhər və Bibi Heybətdə tibbi yardım göstərmək üçün at arabalarından istifadə edilirdi. Sabunçu ərazisində bir həkimin və iki akuşerin çalışdığı tibbi yardım xidməti fəaliyyət göstərirdi. Təcili tibbi yardım bəzi paytaxt xəstəxanalarının nəzdində fəaliyyət göstərən şöbələr tərəfindən təqdim edilirdi.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ölkədə təcili tibbi yardım xidmətinin inkişafına böyük diqqət göstərilməyə başlanıldı. Xüsusilə də son illər mütəmadi olaraq təcili tibbi yardım avtomobilləri parkı yenilənir, müasir tibbi avadanlıqları olan nəqliyyat vasitələri əhaliyə xidmət üçün növbəyə buraxılır. Eyni zamanda, dərman təchizatı ildən ilə yaxşılaşdırılır, çeşid genişləndirilir, tibbi heyət müasir uniforma ilə təchiz edilir, həkim və orta tibb işçilərinin peşəkarlığı daha da artırılır.

Hazırda Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyası nəzdində 751 həkimin və 1011 orta tibb işçisinin çalışdığı 21 köməkçi yardım stansiyası və 20 filial fəaliyyət göstərir. Xidmətin köməkçi stansiyaları tibbi yardıma ehtiyacı olan vətəndaşların cağrılarına ən qısa zaman ərzində yetişmək üçün şəhər və ətraf kəndlərdə əhali sıx məskunlaşdığı ərazilərdə yerləşdiriliblər.

Gün ərzində xətdə 141 səyyar briqada növbə tutur, 23 ARB (o cümlədən iki pediatrik briqada), səyyar laboratoriya, səyyar rentgen briqadası fəaliyyət göstərir. Hər ay Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidməti Bakı və ətraf kəndlərin 12 rayonunun ərazisində təqribən 56-57 min xəstəyə yardım edir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
396
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 09:22





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru