Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Sentyabr

2015
15:08
878
Avtobus sürücülərinə XƏBƏRDARLIQ

Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasında Bakıda avtobusların dayanacaqlarda lüzum olmadan həddindən artıq dayanmaları ilə bağlı məsələ qaldırılıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Şöbə rəisi qeyd edib ki, sürücülərin avtobusları dayanacaqlarda müəyyən edilmiş vaxtdan çox saxlamaları yolverilməzdir. Bu, yollarda nəqliyyat vasitələrinin hərəkətinə və təhlükəsizliyin təmin edilməsinə maneçilik yaradır: “Hər bir avtobus üçün dayanacaqlarda dayanma müddəti müəyyən edilib. Sürücü həmin müddət ərzində avtobusu sərnişinləri mindirib-düşürmək üçün saxlamalıdır. Sürücülər netro stansiyalarının çıxışlarında uzun müddət avtobusu saxlayıb sərnişinlərin gəlişini gözləməməlidirlər. Çünki bu, bəzən çox vaxt aparır. Bu, digər avtobusların da həmin ərazidə yığışmasına və yolun keçilməz hala gəlib çıxmasına gətirib çıxarır. İnsanlar dayanacaqda avtobusların gəlməsini gözləməlidirlər. Avtobuslar dayanıb insanların gəlməsini gözləməli deyil”.

Onun sözlərinə görə, Komissiyanın iclasında tapşırıqlar verilib ki, avtobusların metro stansiyalarının yaxınlığındakı ərazilərdə uzunmüddətli dayanma hallarına son qoyulsun: “Avtobuslara dayanacaqlarda yalnız sərnişinlərin minib-düşməsi üçün tələb olunan zaman ərzində dayanmasına icazə verilir. Bu, digər avtobusların da həmin dayanacağa yaxınlaşaraq sərnişinlərin minib-düşməsinə, eləcə də yoldan keçən digər nəqliyyat vasitələrinin hərəkətinə maneçilik yaratmasın”.

K.Əliyev əlavə edib ki, bu məsələ ilə bağlı problemin aradan qaldırılmasına Dövlət Yol Polisinin və Nəqliyyat Nazirliyinin müvafiq qurumlarının əməkdaşları cəlb olunub: “Məsələ ilə əlaqədar avtobus marşrutlarının sahiblərinə də tapşırıqlar verilib. Problemin qarşısını bütün yol boyu polis naryadlarını qoymaqla almaq mümkün deyil. Bu işə bütün aidiyyatlı qurumlar cəlb olunmalıdır. Yollarda nəqliyyat sıxlığının yaranmaması üçün təkcə dövlət qurumları yox, sahibkarlar da, sürücülər də mümkün olan bütün tədbirləri görməli, lazımi köməkliyi əsirgəməməlidirlər. Bu sahədə müsbət nailiyyətlər əldə etmək üçün bu işə hamı öz töhfəsini verməlidir”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1039

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
60

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
88

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
306

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
341
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2019 17:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru