Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Sentyabr

2015
12:47
1173
Etibarnamə heç vaxt etibarlı ola bilməz - SÜRÜCÜLƏR OXUSUN
Avtomobil alarkən mütləq onu öz adınıza keçirin

Avtomobil alan şəxs çox vaxt onu öz adına keçirmir, Etibarnamə almaqla məsələnin həll olunduğunu hesab edirlər. Amma istənilən vaxt qanuni cəhətdən onun müsadirəsi mümkündür. Bəs problem nədədir?

Bu barədə atv.az-a məlumat verən hüquqşunas Ərşad Hüseynov bildirib ki, etibarnamə heç vaxt alqı-satqı deyil və heç vaxt da buna görə istifadə oluna bilməz. “Avtomobillərin alqı-satqısının qanunvericilikdə nəzərdə tutulan qaydası var. Buna riayət etmək lazımdır. Belə ki, avtomobili alan və satan ilk növbədə sənədlərlə birlikdə Dövlət Yol Polisi (DYP) idarəsinə yaxınlaşmalıdır. Orada avtomobil köhnə sahibinin adından çıxarılaraq yeni sahibinin adına keçirilir və bununla bağlı yeni sahibinə “Qeydiyyat Şəhadətməsi” verilir. Bu qanunla nəzərdə tutulan haldır. Avtomobil alanların istifadə etdiyi digər bir variant isə Etibarnamədir. Onun mahiyyətinə görə, avtomobil satan şəxs onu yeni sahibinə müvəqqəti olaraq verir. Yəni, onu istədiyi vax hüquqi şəkildə ala bilər. Avtomobil sahibinin banka borcu olarsa, əmlakı dövlət tərəfindən müsadirə edilərsə, yaxud da boşanarsa, əmlakı bölündüyü üçün həmin avtomobillə bağlı qərar çıxarılır, saxlanılaraq müsadirə edilir. Çünki onun avtomobil üçün verdiyi pul məhkəmə təcrübəsində yox dərəcəsindədir”.

“Bu kimi problemlə qarşılaşan şəxs ilk növbədə etibarnamə aldığı şəxsə yaxınlaşmalı, problemin həlli yolunu tapmalıdır. Yəni, əgər həmin şəxsin banka kiçik miqdarda borcu varsa, o ödənilməlidir. Yox, əgər bu böyük həcmli bir problemsə, şəxs o zaman məhkəməyə müraciət edə bilər. Amma onun prespektivi çox zəifdir”- deyə hüquqşunas qeyd edib.

Qısası, avtomobil alarkən mütləq onu öz adınıza keçirin.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
569

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
413

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
432

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
474

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
504

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
483

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
1077

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
875
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-08-2019 06:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru