Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Avqust

2015
17:04
“Sovet dönəmindən qalan hərbi hissələrin ərazisi ciddi təmizlənməlidir”
Üzeyir Cəfərov: Elə etmək lazımdır ki, vətəndaşlar ziyan görməsin

Minaların Neftçalada necə peydə olması, vətəndaşların hansı şəraitdə xəsarət alması ilə bağlı məlumata malik olmasaq da, rayon sakinlərinin sovet dönəmindən qalan hərbi hissə və poliqon ərazisindəki sursatın partlaması nəticəsində yaralandığı ehtimal edilir.

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən “Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, hərbi ekspert Üzeyir Cəfərov da bu ehtimalın daha inandırıcı göründüyünü vurğuladı:

“Keçmiş sovetlər dönəmində Azərbaycan ərazisində yerləşən hərbi hissələr köçürülsə də, onların bəzisinin ərazisində müəyyən silah-sursatlara hələ də təsadüf olunur. Bu yaxınlarda ANAMA əməkdaşları Lənkəran şəhəri ərazisində, keçmiş SSRİ dönəmindən qalan hərbi hissə ərazisində təmizləmə işləri həyata keçirdilər. Bu baxımdan Neftçala ərazisində də keçmiş hərbi hissənin ərazxisində partlamamış silah-sursatın olması mümkündür. Bu silah-sursatlar ya elə yerdə ola bilər ki, onu tapa bilməyiblər, ya da həmin ərazidə təmizləmə işləri aparmayıblar.

Hesab edirəm ki, sovet dönəmindən qalan hərbi hissələrin ərazisində, poliqonlarda ciddi təmizləmə işləri aparılmalıdır. Elə etmək lazımdır ki, vətəndaşlar bundan ziyan görməsin. 1941-1945-ci illərə məxsus olan, haralardasa qalan silah-sursatın səs-sədası bu günə qədər də gəlib çatmaqdadır. Buna görə də Neftçalada minaya düşən şəxslərin sovet dönəmindən qalan silah-sursatın partlaması nəticəsində xəsarət alması istisna olunmur. Bu sursatlar necə, hansı şəraitdə işə düşüb, bu artıq müvafiq dövlət orqanlarının apardığı araşdırma nəticəsində bəlli olacaq”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Twitter"in işində problem yaranıb

23

Aprel
16:33
DÜNYA
110

DİM abituriyentlərə müraciət edib

23

Aprel
15:59
ELM / TƏHSİL
105

Polşa səfiri Rusiya XİN-ə gəlib

23

Aprel
15:37
DÜNYA
115
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2021 17:26





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru