Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Avqust

2015
15:53
826
Mxitaryanın Dağlıq Qarabağa səfərinin sensasion təfərrüatı

Dortmundun “Borussiya” klubunun erməni əsilli futbolçusu Henrik Mxitaryanın Dağlıq Qarabağa səfərlərinin məqsədi bəlli olub.

Rusiyanın sports.ru saytında erməni jurnalist Ararat Mamberyanın yazısından məlum olub ki, Mxitaryan 2009-2012-ci illər aralığında, hələ Ukraynanın “Şaxtyor” klubunda çıxış edərkən Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə, Xankəndi şəhərinə dəfələrlə qanunsuz səfərə gedib.

Erməni jurnalist yazıb ki, səfər xeyriyyə məqsədi ilə həyata keçirilib. “Artsaxda (Dağlıq Qarabağda – red.) olarkən Mxitaryan hər dəfə erməni ailələrinə soyuducu, paltaryuyan maşın, televizor hədiyyə edib. Həmçinin Henrix bölgələdə futbolun populyarlaşmasına dəstək olub”.

Yazıdan aydın olur ki, Dağlıq Qarabağın separatçı rejiminin rəhbəri Bako Saakyan bölgədə futbola verdiyi dəstəyə və həyata keçirdiyi xeyriyyə aksiyasına görə Henrik Mxitaryana təşəkkür edib və onu “xalq müdafiəçisi” adlanan ordenlə təltif edib.

Qeyd edək ki, Mxitaryan hər dəfə bu yardımları   Yeni il ərəfəsində edib. Erməni jurnalistinin bu yazısından o da məlum olub ki, son aksiya zamanı Henrik tərəfindən Azərbaycan torpaqlarının işğalında rol oynayan hərbçilərin ailələrinə də yardım edilib.

“Növbəti aksiya zamanı Artsaxın (Dağlıq Qarabağın – red.) işğaldan azad olunmasında (?) iştirak etmiş hərbçilərin ailələrinə yardım göstərilib. 21 ailəyəyə məişət avadanlıqları təqdim olunub. Mxitaryan onlara öz avtoqrafı ilə top da hədiyyə edib. Ümumiyyətlə, ulduz futbolçular üçün öz vətəninə kömək etmək normal haldır” – deyə yazıda qeyd olunub.

Beləliklə, erməni jurnalistin yazısında da təsdiq olunur ki, Mxitaryan Qarabağ müharibəsi zamanı Azərbaycan ordusuna qarşı döyüşən erməni ailələrinə dəfələrlə yardım edib. Bundan başqa, onun bu səfərlər zamanı Dağlıq Qarabağın separatçı rejiminə maddi dəstək verməsini də istisna etmək olmaz. Çünki bu günə qədər separatçı rejimin dünyada məşhur və varlı olan ermənilərdən maddi dəstək aldığı kimsəyə sirr deyil.

Yəri gəlmişkən, bu qanunsuz hərəkətinə görə Mxitaryanın Azərbaycan dövləti tərəfindən arzuolunmaz şəxs elan edildiyi və onun “Qəbələ” ilə oyun zamanı ölkəmizə buraxılmayacağı bildirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Neft yenidən ucuzlaşıb

22

May
09:21
İQTİSADİYYAT
76

Tələsən oğlan - VİDEO

21

May
22:04
NƏQLİYYAT
1650
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 10:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru