Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Avqust

2015
09:14
377
Avtobus sürücülərinə sürət həddi, yeni iş qrafiki - TƏKLİF

Azərbaycanda sərnişin avtobuslarında sürücülərin işləmə vaxtını və sürət həddini müəyyən edən xüsusi cihazların quraşdırılması təklif edilir.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı payız sesiyasında təşəbbüs irəli sürüləcəyi gözlənilir.

Qeyd edək ki, bir sıra ölkələrdə sərnişin avtobuslarının sürücülərinin hər birinin kartı var və bu kartla sürücü 8 saatdan artıq işləyə bilməz. Avtobuslarda sürət həddinə nəzarət edən cihazlar da var və əgər sürücü sürət həddini aşarsa, qısa xəbərdarlıqdan sonra həmin cihaz avtomobilin mühərriki dayanır.

Məsələyə münasibət bildirən millət vəkili Rəfael Cəbraylov da bu qaydanın vacib olduğunu qeyd edib. R.Cəbraylov deyib ki, sürücülərin 8 saatdan artıq işləməsi düzgün deyil:

"Azərbaycanda sürücülər gün ərzində 12-13 saat işləyir. Nəzərə alsaq ki, avtomobil özü yüksək təhlükə mənbəyidir və onun sükanın arxasında artıq yorulmuş olan bir insanın olması bu təhlükə mənbəyinin təhlükəsizlik dərəcəsini daha da artırır. Və nəzərə alsaq ki, söhbət kütləvi şəkildə insanların daşınmasından gedir, doğurdan da bu, çox məsuliyyət yaradır".

Avtobus sürücülərinin həm də sürət həddini aşaraq təhlükəli şərait yaratdıqlarını deyən R.Cəbraylov bu məsələlərin texnoloji yeniliklərdən istifadə edərək qarşısının alınmasının tərəfdarı olduğunu bildirib:

"Hər bir sürücünün yanına bir nəzarətçi qoymaq çətin məsələdir. Ancaq texnoloji yeniliklərdən istifadə etməklə bu halların qarşısını almaq olar. Bu baxımdan mən Azərbaycanda da sürücülərin fəaliyyətinə nəzarət edən cihazların tətbiq edilməsinin tam tərəfdarıyam".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda taxta bazarı yanır - FOTO - VİDEO

22

Avqust
16:30
HÜQUQ,HADİSƏ
279

Baş prokuror Qubada vətəndaş qəbulu keçirəcək

22

Avqust
16:01
HÜQUQ,HADİSƏ
169

Bərdədə top mərmisi tapılıb - FOTO

22

Avqust
15:18
HƏRB
253

Tofiq Yaqubluya Prokurorluqda xəbərdarlıq edilib

22

Avqust
14:20
HÜQUQ,HADİSƏ
186

Bakıda itkin düşən qız tapılıb

22

Avqust
14:12
HÜQUQ,HADİSƏ
198

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

22

Avqust
12:40
HÜQUQ,HADİSƏ
181

Azərbaycan nefti bahalaşıb

22

Avqust
12:08
İQTİSADİYYAT
202
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-08-2019 03:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru