Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Avqust

2015
14:13
1765
Yol polisi “Qarabağ”ın hücumçusunu saxladı - FOTO

"Qarabağ" futbol klubunun yeni transferi Əlhərbi əl-Jadeyui təkcə komandasına yox, elə Bakının yollarına da uyğunlaşa bilmir. 

Məlumata görə, mərakeşli yarımmüdafiəçi yol-hərəkət qaydalarını pozduğu üçün yol polisi tərəfindən saxlanılıb.

Hadisə Suraxanı rayonu Bülbülə qəsəbəsində, Səttar Bəhlulzadə küçəsində baş verib. Futbolçunun saxlanıldığı yer klubun bazasına yaxın olduğundan güman ki, Əl Jadeyui də məhz ora tələsirmiş.

Hələ komandaya uyğunlaşa bilməyən mərakeşli futbolçunu ölkə futbol ictimaiyyəti tez-tez tənqid edir. 

Yarımmüdafiəçi yenicə özünə gəlməmiş yenə bəxti gətirməyib. “Yanq Boyz”la ilk matçda zədələnən oyunçu Bakıda keçirilən cavab matçını da buraxmalı olub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
528

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
97
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 19:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru