Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Avqust

2015
13:13
Keçmiş polis əməkdaşını öldürən şəxslə bağlı YENİ FAKTLAR

Avqustun 28-nə keçən gecə Nizami rayon Əzimzadə küçəsi 20 ünvanında baş vermiş dəhşətli qətl hadisəsini törədən 1982-ci il təvəllüdlü Rövşən Həsənov barədə şok faktlar üzə çıxıb.

Keçmiş polis əməkdaşını öldürən şəxslə bağlı  —  YENİ ŞOK FAKTLAR – VİDEO+FOTO

FaktXəbər Aznews.az-a istinadən xəbər verir ki, keçmiş polis əməkdaşını güllələyərək öldürən həmin şəxs kriminal aləmə yaxın adam olub.

Məlumata görə, R. Həsənovun “oğru aləmi”ndə xeyli dostları var. Deyilənləri onun “Facebook” sosial şəbəkəsindəki statuslarından da görmək olar.


Daha çox kriminal xəbərləri paylaşan, bu sahəyə aid statuslar yazan Rövşən Həsənovun “oğru dünyasına” marağı dərhal görünür.

O statuslarından birində özü barədə demək olar ki, açıq məlumat verib:

“Biz qanuni oğrular deyilik, lakin anlayışlı insanlar bizə dəyər verirlər. Biz reket deyilik, lakin hamı bizimlə hesablaşır. Biz silahlanmamışıq, lakin həmişə təhlükəliyik. Bizi heç yerdə gözləmirlər, lakin bizi görməyə hər yerdə şaddırlar. Biz azıq, lakin biz vahidik. Biz – azərbaycanlılarıq”.

Onun kriminal aləmlə yaxınlığını “Facebook” hesabında yayımladığı video da sübut edir. Doğum günündə çəkilmiş videoda meyxanaçılar - Rəşad Dağlı və Pərviz Bülbülə, yalnız kriminal aləmə aid meyxanalar deyir və Rövşən Həsənovu tanınmış avtoritetlərin davamçısı kimi təqdim edirlər. Hətta onlar söylədikləri meyxanaların birində “Vaxtında Mamed gedən yolları indi də Rövşən gedir aşikarə” deyə vurğulayıblar.

Məlumat üçün qeyd edək ki, Rövşən Həsənəv ”Facebook”da öz adı ilə qeydiyyatdan keçmədiyi üçün həmin profili qeyd etmirik.

Bildirək ki, qeydiyyatdan keçdiyi ad da kriminal aləmə aid ləqəbdir.

Qeyd edək ki, N.İbrahimovu həmyerlisi Rövşən Həsənov aralarında yaranan münaqişə zəminində “Makarov” tapançasından açdığı 8 güllə ilə qətlə yetirib. Respublika Prokurorluğunun məlumatında bildirilir ki, saat 01 radələrində 1982-ci il təvəllüdlü Rövşən Həsənov Nadir İbrahimovu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zəminində “Makarov” markalı tapançadan ona 8 dəfə atəş açaraq qətlə yetirib.

Hadisə yerindən özünəməxsus “Lexus” markalı 10-VM-006 dövlət qeydiyyat nişanlı avtomobillə uzaqlaşarkən “Chevrolet” markalı avtomobillə toqquşub. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı xəsarət almış R.Məmmədov xəstəxanaya yerləşdirilib.

Nadir İbrahimov 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılsa da, onu xilas etmək mümkün olmayıb. Hadisəni törədən Rövşən könüllü olaraq Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinə gələrək istintaqa təslim olub. O, “Makarov” markalı tapançanı və patron darağını təhvil verib.

Qətlə yetirilən 1975-ci il təvəllüdlü Nadir İbrahimov keçmiş polis işçisi olmaqla yanaşı, adı qalmaqallarda hallanan “Butastone” tikinti şirkətinin təsisçilərindən biri olub. Daha maraqlı fakt isə budur ki, qətlə yetirilən N.İbrahimov həmin şirkətdə şəriki olan Namiq Əsədovla uzun müddətdir ki, konfliktdə imiş. N.Əsədov isə bir müddət əvvəl “Beynəlxalq Bank işi” ilə əlaqədar tutulan və daha sonra sərbəst buraxılan iş adamı Nizami Piriyevin qaynıdır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4682

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3172

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2526

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2096
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-04-2020 10:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru