Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Avqust

2015
21:16
Bakıda keçmiş polisin güllələnməsi ilə bağlı rəsmi açıqlama - FOTO

Bakının Nizami rayonunda qeydə alınan silahli insidentlə bağlı Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu birgə məlumat yayıb.

Qurumun mətbuat xidmətindən verilən məlumatda deyilir:

Avqustun 28-də Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Nadir İbrahimovun güllə yarası ilə 3 saylı şəhər kliniki xəstəxanasına daxil olaraq orada vəfat etməsi ilə bağlı aparılmış araşdırmalarla müəyyən edilib ki, dünən gecə saat 01 radələrində 1982-ci il təvəllüdlü Rövşən Həsənov, Nadir İbrahimovla şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisəni həll etmək üçün paytaxtın Nizami rayonu ərazisində görüşüblər.

Görüş zamanı Rövşən Həsənov üstündə gəzdirdiyi “Makarov” markalı tapancadan ona 8 dəfə atəş açaraq xəsarət yetirib. Nadir İbrahimovu güllələyən şəxs hadisə yerindən özünə məxsus “Lexus” markalı 10-VM-006 dövlət qeydiyyat nişanlı avtomobillə uzaqlaşarkən “Chevrolet” markalı avtomobillə toqquşub. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı xəsarət alan R.Məmmədov xəstəxanaya yerləşdirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, ekspert kriminalistin, şəhər prokurorluğu və rayon hüquq mühafizə orqanlarının əməkdaşlarının iştirakları ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən 8 ədəd giliz, 3 ədəd güllə götürülüb və digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib.

R.Həsənov sonradan rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə könüllü gələrək təslim olub və cinayətin aləti “Makarov” markalı tapancanı təhvil verib.

R.Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, Nadir İbrahimov keçmiş polis əməkdaşı olub.




Nadir İbrahimov - Öldürülən şəxs

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3652

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2708

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2107

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1826
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-03-2020 09:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru