Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Avqust

2015
12:48
Bakıda güllələnən keçmiş polis əməkdaşı kimdir? – FOTO

Azərbaycan paytaxtında baş verən silahlı insidentin bəzi təfərrüatları məlum olub.

Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, qətlə yetirilən şəxs keçmiş polis əməkdaşı 1975-ci il təvəllüdlü Nadir Fəxrəddin oğlu İbrahimovdur.

Milli.Az saytının məlumatına görə, bir müddət əvəvəl polisdən ayrılan N.İbrahimov biznesmen idi.

Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, qanlı hadisə qız üstündə olub.

Tərəflərdən birinin sevdiyi qızın telefonuna zəng gəlib. Telefonu qızın sevgilisi götürüb və görüş təyin ediblər. İlkin ehtimala görə, atışma da məhz elə qız üstündə mübahisədən yaranıb.

N.İbrahimov idarə etdiyi 90 SF 333 nömrə nişanlı “Lexus” markalı maşınla qara rəngli, 10 VM 006 dövlət qeydiyyatlı nömrə nişanlı “Lexus” markalı maşını idarə edən R. Həsənovla Nizami Rayonunda görüşüb.

Bu zaman Rövşən Həsənov üstündə gəzdirdiyi “Makarov” markalı tapancadan İbrahimov Nadirə 8 güllə atıb.

N.İbrahimov Nadir 1 saylı Şəhər Xəstəxanasına çatdırılsa da, dünyasını dəyişib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3898

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2811

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2247

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1897
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-04-2020 20:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru