Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Avqust

2015
12:12
Ölkəyə yanacaq gətirən şirkətlər əhalini soyur
Neftin qiyməti kəskin ucuzlaşıb, qonşu ölkələrdə qiymətlər enib, bəs Azərbaycanda benzinin qiyməti niyə aşağı salınmır?

Dünyada neftin qiyməti aşağı düşdükcə, neft məhsulları da ucuzlaşır. Bu baxımdan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan və Ukraynada benzini ucuzlaşdırması barədə məlumatda ilk baxışda  qeyri-adi heç nə görünmür. Bazar iqtisadiyyatı ölkələrində qiymətlər tələb və təklifə, birjalara uyğun formalaşır.

Qeyd edək ki, Gürcüstanda fəaliyyət göstərən «SOCAR Petrolium» benzinin qiymətini bütün satış şəbəkələrində 5 tetri,  Ukrayna da isə 0,50-0,60 qrivna enidirib. Tariflərin aşağı salınmasını «qara qızıl»ın ucuzlaşması ilə əlaqələndirirlər. 

Bəs Azərbaycanda nə üçün yanacağın qiymətlər ucuzlaşmır? Təbii ki, aşağı oktanlı yanacaqların qiyməti Tarif Şurası tərəfindən tənzimlənir. Dövlət Neft Şirkəti əsas olaraq göstərir ki, neftin qiyməti dünya bazarında baha olanda yanacağın tariflərini sabit saxladıqları kimi, aşağı düşəndə də tarifləri istədikləri kimi tənzimləməkdə haqları var. Qanunvericiliyə görə də yerli istehsal olunan neft məhsullarının qiyməti yalnız Tarif Şurası tərəfindən tənzimlənə bilər. Amma burada başqa bir məqam var. Artıq hökumət bir ildən çoxdur ki, yuxarı oktanlı-Aİ 95 və 98 benzinin qiymətini sərbəst, yəni bazarın ixtiyarına buraxıb. Çünki ötən ilin əvvəlindən etibarən sözügedən yanacağın yerli istehsalını dayandırılaraq, yalnız idxalına qərar verildi. O zaman ekspertlər bildirdilər ki, bundan sonra Azərbaycanda da Aİ 95 və 98 markalı benzinin qiyməti dünya bazarında tariflərin dəyişməsinə uğyun olaraq artıb-azala bilər. Lakin keçən müddət ərzində bunu hələ ki müşahidə edə bilmədik. Azərbaycanda benzinin əsas idxalı ilə məşğul olan «SOCAR Petrolium»un xarici ölkələrdə qiymətləri aşağı salmasının şahidi olsaq da, Azərbaycanda belə endirimlərə getmir. Ya da yanacaqdoldurma məntəqələri «karter» sövdələşməsi apararaq, yanacağı ucuzlaşdırmaq istəmirlər.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri  İlham Şaban «Bizim Yol»a bildirdi ki, qiymət məsələləri ictimaiyyət tərəfindən aktuallaşdırılmalıdır: «2014-cü il aprelin 1-dən etibarən yüksək oktanlı avtomobil yanacağı dövlət tərəfindən deyil, bazar qanunlarına görə tənzimlənir. O zaman bildirmişdim ki, bu seqmentdə rəqabəti görəcəyik, yanacaqdoldurma məntəqələrində fərqli qiymətləri müşahidə edəcəyik. Təəssüf ki, sonradan belə bir rəqabəti görmədik. Bütün yanacaqdoldurma məntəqələrində eyni qiymətdir».

İ.Şabanın sözlərinə görə, yanacağın dövlət tərəfindən tənzimlənməsinin müsbət və mənfi cəhətləri var: «Müsbət tərəfi odur ki, istehlakçılar dünya bazarındakı təlatümləri hiss etmir, yəni neft məhsulları bahalaşanda bunu üzərlərində hiss etmirlər. Mənfi tərəfi isə ondan ibarətdir ki, keyfiyyətli rəqabətdən uzaq düşürlər. İndi də 95 və 98 oktanlı benzinin Azərbaycana özəl şirkətlər tərəfindən gətirildiyi bildirilir. Belə çıxır ki, bu şirkətlərin hamısı sövdələşərək eyni qiymətə satırlar. Hətta bir şirkət idxal etsə belə, ayrı-ayrı yanacaqdoldurma məntəqələrində cüzi də olsa qiymət fərqi olmalıdır ki, məhsulunu daha yaxşı sata bilsin. Əslində, belə bir vəziyyət Tarif Şurasının mövcudluğunu şübhə altına alır. Belə bir qurumun qiyməti tənzimləyib-tənzimləməməsinin əhəmiyyəti qalmır. Çünki dövlətin nəzarət etmədiyi sahə belə təmərküzləşir və eyni bir nöqtədən idarə edilir. Aİ-95 markalı benzinin tarifi sonuncu dəfə ötən ilin oktyabrın 1-də dəyişib. Həmin vaxt neftin orta qiyməti 95 dollar idi.  Normal bazar iqtisadiyyatı olan ölkələrdə hər iki-üç həftədən bir qiymət dəyişikliyi baş verir. Çünki bazarda neftin qiyməti çox tez dəyişir. Nə qədər tez dəyişirsə, yanacağın da dəyəri elə oynayır».

İ.Şaban əlavə etdi ki, yanacaqdoldurma məntəqələrinin satdığı baha qiymətə uyğun olaraq vergi ödəyib-ödəməməsi maraq kəsb edir. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-10-2018 14:47



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com