Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Avqust

2015
11:18
416
Şirvan və Kürdəmirdə əmək yarmarkası keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti bu həftə iki rayonda əmək yarmarkası keçirəcək. Bu barədə FaktXəbər-ə İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Əmək yarmarkalarının avqustun 28-də Şirvan şəhərində və Kürdəmir rayonunda keçirilməsi planlaşdırılır. İlkin məlumatlara görə, yarmarkalar zamanı Şirvan şəhərində 38 müəssisə üzrə 280, Kürdəmir rayonunda isə 55 müəssisə üzrə 200-dən çox boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif edəcək. Həmçinin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə kvota üzrə iş yerləri təqdim olunacaq.

İşəgötürənlərin nümayəndələrinin də iştirak edəcəyi tədbirlər zamanı işaxtaran vətəndaşların əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına, həmçinin haqqı ödənilən ictimai işlərə cəlb edilməsi üçün onların qeydiyyatı da aparılacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

14

Sentyabr
15:12
İDMAN
352

Sabah hava yağmurlu olacaq

14

Sentyabr
14:00
ÖLKƏ
438

Aeroport yolunda növbəti qəza - VİDEO

14

Sentyabr
11:18
HÜQUQ,HADİSƏ
490

Həyatımızı təhlükəyə atan İNTERNET SƏHİYYƏSİ

13

Sentyabr
16:52
AİLƏ, SAĞLAMLIQ
964

Nazir post-patrul əməkdaşlarına qadağa qoydu

13

Sentyabr
16:12
HÜQUQ,HADİSƏ
579

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

13

Sentyabr
14:59
İQTİSADİYYAT
559
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-09-2019 18:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru