Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Avqust

2015
12:20
“Sovetski”də ev fırıldağı: bankdan pul necə götürülüb?
İcra Hakimiyyəti fırıldağı ört-basdır etməyə çalışır

Yasamal rayon İcra Hakimiyyəti (RİH) “Sovetski” sakininə qarşı fırıldağı ört-basdır etməyə çalışır. İcra hakimiyyəti Tamilla Mirzəyevanın imzası olmadan mülkünün sökülməsinə görə keçmiş həyat yoldaşına çatacaq kompensasiyanın yarısını ödəyib. Bu qanunsuzluq faktı təsdiqini tapsa da, nə problem həllini tapır, nə əmlak sahibinin şikayətinə baxılır.

T.Mirzəyevanın çoxsaylı müraciətlərinə baxmayaraq, Yasamal rəhbərliyi ona qarşı qanun pozuntusunu araşdırmaqda maraqlı görünmür. İcra başçısının müavini Səməd İslamov qeybə çəkilərək vətəndaşın məsələsinə laqeyd yanaşır.

 

Elə bu problemlə bağlı rəsmi rəy almaq üçün dəfələrlə Yasamal RİH-ə zəng etsək də, S.İslamovun katibəsi başçı müavininin iş yerində olmadığını qeyd edir. Katibə gah RİH rəsmisinin hansısa tədbirə getdiyini, gah məzuniyyətdə olduğunu bildirir. Halbuki, S.İslamov “Sovetski”nin köçürülməsi ilə bağlı icra hakimiyyətində məsul şəxsdir, icra başçısı İbrahim Mehdiyev ona etimad göstərib. Köçürmə Komissiyanın sədri olan S.İslamov isə T.Mirzəyevanın üzləşdiyi özbaşınalıqla bağlı reaksiya vermək istəmir.

 

T.Mirzəyeva qeyd etmişdi ki, mülk onun adınadır və keçmiş əri Çingiz Qonaqov da mənzildə qeydiyyatdadır: “Ötən ilin noyabrında Yasamal rayon İcra Hakimiyyətinin İlham adlı nümayəndəsi mənə zəng etdi. Bildirdi ki, mənzil üçün veriləcək kompensasiyanın yarısı hazırda məhkəmə yolu ilə ayrıldığım həyat yoldaşım Çingizə veriləcək. İlham müəllim dedi ki, gedib lazım olan sənədləri imzalayaraq öz payımı götürməliyəm. Noyabrın 25-də pulu götürmək üçün icra hakimiyyətinə getdim. Adımın qarşısının boş olduğunu gördüm. Məlum oldu ki, keçmiş həyat yoldaşım ona düşən payı sentyabrın 25-də imzam olmadan götürüb”.

 

Onun dediyinə görə, Yasamal RİH-nin nümayəndəsinin əli ilə ödənildiyi iddia edilən məbləği Ç.Qonaqova Maliyyə Nazirliyinin nümayəndəsi verib.

 

T.Mirzəyeva Yasamal rayon icra başçısının qəbulunda olub. İcra başçısı mülk sahibinin imzası olmadan Ç.Qonaqova ödəniş edilməsini qeyri-mümkün hesab edib. Şikayətçi Baş nazirin müavini Abid Şərifovun da qəbulunda olub. A.Şərifov da T.Mirzəyeva imzası olmadan keçmiş həyat yoldaşının pul ala bilməyəcəyini bildirib.

 

Amma ev sahibinin imzası olmadan pulu keçmiş ərinə verilib, Yasamal rayon rəsmiləri isə bu məsələnin üzərindən sükutla keçmək istəyir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 1-ci gününün duası - AUDİO

13

Aprel
20:00
MƏNƏVİYYAT
241

Ramazan ayının 4 adı

13

Aprel
18:00
MƏNƏVİYYAT
254

Robert Koçaryan koronavirusa yoluxub

13

Aprel
15:54
DÜNYA
262

Bitkoin qiyməti rekordlar qırır

13

Aprel
15:27
BÖLMƏNİ DÜZ SEÇ!
337

RAMAZAN yağışında islana biləcəyikmi?

13

Aprel
15:10
MƏNƏVİYYAT
267

Sabah hava küləkli olacaq

13

Aprel
14:18
ÖLKƏ
304

Zərif Lavrova təşəkkür etdi

13

Aprel
12:16
DÜNYA
506

Azərbaycan nefti bahalaşıb

13

Aprel
10:29
İQTİSADİYYAT
422
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-04-2021 06:32





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru