Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Avqust

2015
20:49
Tovuzda 100-ə yaxın sürücü saxlanıldı

Keçirilən reyd zamanı Tovuzda 100-ə yaxın sürücü saxlanılıb. Bu barədə FaktXəbər Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir.

Son zamanlar qəzalara səbəb olan nasaz avtomobillər həm də, atmosferi çirkləndirir. Bu cür vəziyyətə sovet istehsalı olan maşınlarda daha çox rast gəlinir. Mövcud problemi aradan qaldırmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı ərazi idarəsi ilə Tovuz Yol Polis Bölməsi əməkdaşları birgə reyd təşkil edib.

Rayon ərazisində keçirilən yoxlamalar zamanı atmosferi çirkləndirən, sənədləri qaydasında olmayan, arxa və yan şüşələri həddindən artıq işıq keçirməyən avtomobil sürücüləri aşkarlanıb.

Xüsusi cihazlar vasitəsi ilə yoxlanan nəqliyyat vasitələrinin sahiblərindən bəziləri bu cür yoxlamalara etiraz ediblər. Tovuzun mərkəzi küçəsində avtomobillərin sıx hərəkət etdiyi ərazidə reallaşan reyddə 100-ə yaxın qaydaları pozan sürücü saxlanılıb. Onlar barəsində protokollar tərtib edilib.

Qeyd edək ki, "Təmiz hava aylığı” çərçivəsində keçirilən reydlər avqustun sonuna qədər davam etdiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
15117

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
13772

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
15170

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
14789

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
20140

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
14669

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
14778
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-08-2020 22:27





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru