Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Avqust

2015
15:24
Azərbaycan boksçuları Meksikaya yollanıb

Boks üzrə Azərbaycan milli komandası təlim-məşq toplanışı üçün Meksikaya yollanıb.

Boksçular oktyabrda Qətərdə keçiriləcək dünya çempionatına Şimali Amerikada hazırlıq keçirlər.

Rio de Janeyro Olimpiadasına lisenziya xarakterli yarışda Azərbaycan komandası tam heyətlə çıxış edəcək. Meksikadakı təlim-məşq toplanışında baş məşqçi Pedro Roke, məşqçilər Lazaro Ximenes və Nəriman Abdullayevin rəhbərliyi altında 9 boksçu hazırlıq keçir.

Seçmə komandanın liderlərindən yalnız Məhəmmədrəsul Məcidov (+91 kq) zədə səbəbindən toplanışa yollanmayıb. Avropa Oyunlarında iştirak etməyən Cavid Çələbiyev (56 kq) bu dəfə heyətə daxil edilib. Bu yaxınlarda Bolqarıstanda keçirilən Avropa çempionatında bürünc medal qazanan Rüfət Hüseynov da Meksikaya yollanıb.

Komandanın sentyabrın 5-nə kimi Meksikada qalması gözlənilir. Azərbaycanın boks üzrə milli komandasında bu boksçular yer

alıb:

49 kq. Rüfət Hüseynov

52 kq. Elvin Məmişzadə

56 kq. Cavid Çələbiyev

60 kq. Albert Səlimov

64 kq. Lorenzo Sotomayor

69 kq. Pərviz Bağırov

75 kq. Xaybulla Musalov

81 kq. Teymur Məmmədov

91 kq. Abdulqadir Abdullayev.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İranda zəlzələ baş verib

27

Yanvar
18:06
DÜNYA
85

Yanvarın 28-nə manatın məzənnəsi

27

Yanvar
17:50
İQTİSADİYYAT
95

Rusiya və Yaponiya arasında gərginlik

27

Yanvar
16:47
DÜNYA
226

Sabiq icra məmuru və müstəntiqlə bağlı qərar

27

Yanvar
14:55
HÜQUQ,HADİSƏ
255
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-01-2020 18:21



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru