Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Avqust

2015
11:31
İŞİD Palmirada qədim məbədi partladıb

FaktXəbər-in verdiyi məlumata görə, İŞİD terror təşkilatı bazar günü Suriyanın Palmira şəhərndə Baal-Şamin antik məbədini partladıblar. Bu barədə Suriyanın qədim məskənlər və muzeylər üzrə idarəsinin başçısı Məəmun Əbdülkərim məlumat verib.

«İŞİD bu gün Baal-Şamin məbədinə çoxlu sayda partlayıcı qurğu quraşdırıb. Bundan sonra isə partladıblar. Nəticədə məbədə ciddi ziyan dəyib», deyə Məəmun Əbdülkərim bildirib.

Qeyd edək ki, sözügedən məbəd  e.ə.1-ci əsrdə tikilib. Bu tikili  qədim Tadmor  şəhərinn  qalıqlarının bir hissəsidir. Regionda işləyən arxeoloqlar  bu məbədi qədim şəhərin ən qiymətli və yaxşı saxlanılan fraqmenti adlandırıblar. Baal-Şamin qismən bərpa olunub.

Xatırladaq ki, may ayının ortalarından etibarən  YUNESKO-nun ümumdünya irsinə daxil olan  Palmira terrorçuların əlinə keçib. Şəhəri tərk etməzdən əvvəl Suriya ordusu şəhər camaatını evakuasiya etmişdilər və Mərkəzi Muzeyin tarixi yadigarlarını çıxartmışdılar.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Qusarda hasar uşaqların üstünə aşıb

31

May
11:51
HÜQUQ,HADİSƏ
475

Xarici valyutaların manata qarşı məzənnələri

31

May
09:42
İQTİSADİYYAT
266
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 13:37





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru