Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Avqust

2015
10:43
700 bal toplayan abituriyentlər sabah ictimayətə təqdim olunacaq

Bu il qəbul imtahanlarında 700 bal toplayan abituriyentlərlə sabah Bakıda görüş keçiriləcək.

Avqustun 25-i saat 12:00-da Bakı Gənclər Evində keçiriləcək görüşdə Təhsil Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Gənclər və İdman Nazirliyindən nümayəndələr, bir sıra millət vəkilləri, tanınmış ictimaiyyət nümayəndələri iştirak edəcək.

Eyni zamanda tədbirə müxtəlif şirkətlərin əməkdaşları qatılacaq və abituriyentlərlə hədiyyələr veriləcək.

Bu barədə Parlament Jurnalistlər Birliyinin (PJB) sədri Elşad Eyvazlı məlumat verib. O, deyib ki, PJB-nin təşkilatçılığı ilə hər il 700 bal toplayan abituriyentlərlə görüş keçirilir.

“PJB tərəfindən silsilə olaraq bu cür tədbirlərin keçirilməsində məqsəd təhsil qəhrəmanlarının ölkə miqyasında tanıdılması, eyni zamanda həmin 15 tələbənin gələcəkdə qəbul imtahanlarında iştirak edəcək digər abituriyentlərə örnək olmasını aşılamaqdır.

Həmçinin burada məqsəd ölkə üzrə qəbul imtahanlarında rekord nəticə göstərən gənclərə dəstək olmaqla, onların gələcək illərdə də daha böyük uğurlara imza atmasına ruhlandırmaqdır”.

Qeyd edək ki, bu il qəbul imtahanalarında 15 nəfər 700 bal toplayıb.

Onlardan 7-i I qrup, 3-ü II qrup, 3-ü III qrup, 2-i isə IV qrup üzrə rekord nəticə göstərib. Görüşdə iştirak etmək istəyənlər(051) 340-81-83,  (055) 946-06-60 nömrəli telefonlarla əlaqə saxlaya bilrlər.  

Bütün KİV-lər dəvətlidir.   

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
386

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
735
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 07:25





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru