Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Avqust

2015
20:57
Bakı yol polisi velosiped sürücülərinə xəbərdarlıq etdi

Velosiped, motosiklet və moped sürücüləri işıqforun qırmızı işığında hərəkət edərək avtomobil sürücülərinə təhlükə yaradır. Bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, bundan sonra Yol hərəkəti haqqında qanuna əsasən velosipedçilər və motosikletçilər onlara aid hüquq vəzifələrini tənzimləyən qanunun tələblərini yerinə yetirməsələr, məsuliyyətə cəlb olunacaqlar: “Bu tələbləri yerinə yetirmək ilk növbədə onların özlərinin, daha sonra isə digər hərəkət iştirakçılarının təhlükəsizliyi deməkdir. Biz günün qaranlıq, həmçinin istənilən saatlarda yolun hərəkətinin əksi istiqamətində avtomobillərin sıx və intensiv yerində velosipedlərin idarə olunmasının şahidi oluruq. Bu faktlar aşkar olunan kimi dərhal tərəfimizdən qanunauyğun tədbirlər görülür və onlar məsuliyyətə cəlb olunur. Bu tədbirləri davam etdirəcəyik. İnsanların təhlükəsizliyi üçün bu tədbirlər dayandırılmayacaq”.

V.Əsədov velosiped və motosiklet sürücülərinə müraciət edərək, onları yollarda daha diqqətli olmağa çağırdı: “Dəfələrlə mətbuat vasitəsi ilə yol hərəkəti qaydalarını pozan velosiped sürücülərinə müraciət etmişik, yenə də edirik. Yaxşı olardı ki, onlar yolda öz həyatları və eyni zamanda, digərləri üçün təhlükə yaratmasınlar. Biz öz üzərimizə düşən işləri görürük, amma onlar da insan həyatının dəyərini anlamalı və diqqətli olmalıdırlar”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4436

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3038

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2426

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2035
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-04-2020 16:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru