Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Avqust

2015
13:41
Bakı yol polisi binalardakı gizli radarlara aydınlıq gətirdi

Yol polisi Bakıda yaşayış binalarında gizli radarların quraşdırılması məsələsinə aydınlıq gətirib.

Son günlər sosial şəbəkələrdə və KİV-lərdə paytaxtdakı çoxmərtəbəli yaşayış binalarının damlarında gizli radarların quraşdırılması ilə bağlı məlumatlar yer alıb. Bununla bağlı Trend-in sorğusunu cavablandıran Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, bu məlumatlar həqiqətə uyğun deyil: “Əgər binalarda hansısa cihazlar və kameralar quraşdırılıbsa, əminliklə deyirəm ki, onlar yol hərəkətində nəzarətin həyata keçirilməsi üçün nəzərdə tutulan sürət radarları deyil. Onlar müxtəlif qurumlar tərəfindən quraşdırılan müşahidə və ya təhlükəsizlik kameralarıdır”.

Bölmə rəisi qeyd edib ki, qanuna əsasən yollarda gizli radarlar quraşdırmaq olmaz. Əgər yollarda sürət radarları quraşdırılırsa, ondan bir neçə metr qarşıda bunu bildirən müvafiq yol nişanı qoyulur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3874

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2795

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2237

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1887
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-04-2020 09:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru