Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Avqust

2015
12:44
472
İtkin düşən taksi sürücüsünün meyiti tapıldı

Azərbaycanda itkin düşən taksi sürücüsünün qətlə yetirildiyi məlum olub.

Kəpəz TV (Region TV) xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan Göyçay rayon sakinini öldürən şəxslər tutulub.

Qeyd edək ki, rayonun Çayarxı kənd sakini, 60 yaşlı Cavid İsayev idarə etdiyi 10-MM-203 dövlət nömrə nişanlı, “Mercedes” markalı şəxsi minik avtomobili ilə avqustun 3-də axşam saatlarında Bakıdan Göyçaya müştəriləri gətirərkən naməlum şəkildə itkin düşmüşdü.

Ölkənin bütün şəhər və rayonlarının polis əməkdaşları tərəfindən itkin düşən şəxsin, onun avtomobilinin və qatillərinin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Nəticədə hadisəni törətməkdə şübhəli bilinən Samux rayon sakini 21 yaşlı Akif Hacıyev və 31 yaşlı Bərdə rayon sakini Elvin Quliyev tutularaq istintaqa təhvil verilib.

“Mercedes” markalı avtomobil Ağcabədi rayonunun Hindarx kəndi ərazisindən, sürücü Cavid İsayevin meyiti isə Abşeron rayonunun Pirəküşkül qəsəbəsi ərazisində tapılıb. Hadisənin tamah məqsədilə törədildiyi bildirilib.

Məlumata görə, cinayətkarlar sürücünü öldürərək quldurluq yolu ilə əldə etdikləri avtomobili əvvəlcə satmaq istəyiblər. Niyyətləri alınmadığı üçün avtomobili Ağcabədidə kimsəsiz bir yerə ataraq qaçıblar.

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
580

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
420

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
436

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
483

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
513

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
488

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
1085

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
882
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-08-2019 07:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru