Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Avqust

2015
10:30
Bakının məşhur bankında vətəndaş polisi yandırdı

Bakıda banka borcu olan kişi qəzəbini polisdən çıxıb. O, borcuna görə əvvəl özünü öldürmək istəyib, sonra isə polisə od vurub. 

Bir ay əvvəl Hacıqabul sakini, 36 yaşlı Niyaz Müzəffərovun "AzSamand" markalı avtomobilini "Nikoyl Bank" borca görə əlindən alıb. 

Hiddətlənən N.Müzəffərov ötən gün əlində içərisində benzin olan plastik qabla bankın Nəsimi rayonu, Puşkin küçəsi 30 ünvanında yerləşən binasına gəlib. Bankda xidmət aparan 22 yaşlı mühafizə polisi Elgün Əsədov onun qarşısını almaq istəyib.

Polis serjantı N.Müzəffərovun əlində olan plastik qaba təpiklə vurduqda, benzin elə öz üzərinə dağılıb. N.Müzəffərov isə əlində olan alışqanı yandıraraq polis nəfərinin üstünə atıb. Polis yanmağa başlayıb.

Onu söndürərək yaxınlıqdakı Dəmir Yol Xəstəxanasına çatdırıblar. Sifətin I və II dərəcəli termiki yanıq xəsarətləri alan E.Əsədov sonradan Daxili İşlər Nazirliyinin Hospitalına göndərilib. İnsident zamanı N. Müzəffərov da hər iki qolundan yüngül yanıq xəsarəti alıb.

Hazırda faktla bağlı araşdırma aparılır. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4926

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3343

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2671

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2213
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-04-2020 09:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru