Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Avqust

2015
16:17
426
Marşrut sürücüləri plan verməyəcək - RƏSMİ

“Bakubus”ın avtobuslarının hamısında artıq kart sistemi tam tətbiq edilir. Köhnə avtobuslar da kart sistemi ilə işə başlayandan sonra sürücülərin hamısı maaş alacaq və plan vermək məsələsi aradan qalxacaq.

Bunu Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib. Nazirlik sözçüsü Lent.az-a bildirib ki, hazırda Bakıda fəaliyyət göstərən sərnişin avtobuslarının yarıdan çoxunda kart sistemi üçün lazım olan aparatlar quraşdırılıb:

“Lakin kart sisteminə tam keçilməyib deyə, hələ aktivləşdirilməyib. Artıq 1000-dən çox avtobusa bu aparatlar yerləşdirilib.

Sürücülərə verilən maaşların miqdarını isə biz yox, sahibkarlar özləri müəyyənləşdirəcək. Çünki sürücüləri Nəqliyyat Nazirliyi yox, marşrut sahibləri işə götürür.

Kart sisteminə keçidin bu ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur. Prosesin gecikməsinə səbəb Bakı və Bakı ətrafı ərazilərdə 2800-dən artıq avtobusun fəaliyyət göstərməsidir”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yasamalda yaşayış binası yanır

20

Avqust
11:37
HÜQUQ,HADİSƏ
40

Azərbaycan əhalisinin gəlirləri artıb

20

Avqust
09:50
İQTİSADİYYAT
1868

Xarici valyutaların manata qarşı məzənnələri

20

Avqust
09:28
İQTİSADİYYAT
365

Brent nefti bahalaşıb, WTI isə ucuzlaşıb

20

Avqust
09:20
İQTİSADİYYAT
714

Dinimizin kamil olduğu gün - Qədir-Xum Bayramı

19

Avqust
18:43
MƏNƏVİYYAT
330
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2019 12:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru