Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Avqust

2015
13:21
469
Məşhur İtaliya şirkətindən `Qarabağ` qalstukları - FOTO

Bakıda üzərində Qarabağa aid elementlər əks olunan qalstuklar alıcıların ixtiyarına verilib.

İtaliyanın “Andrew’s Ties” brendi, Azərbaycan və Gürcüstan üzrə rəsmi təmsilçisi “La Cravatte Italiana” şirkətinin sifarişi ilə “Qarabağ” və “Xarı bülbül” mövzulu qalstuklar istehsal edib.

“Qarabağ” qalstukunun üzərində Ermənistan tərəfindən işğal olunmuş rayonların adları, Xarı bülbül gülü, tar, kaman, qaval, dəbilqə və Qarabağ atının təsvirləri həkk edilib. Bu qalstukun quyruq hissəsində Qarabağ xalçalarının ornamentləri yerləşdirilmişdir.

Şuşanın, eləcə də bütövlükdə Qarabağın rəmzi hesab edilən Xarı bülbül gülünə isə ayrıca qalstuk həsr edilib.

Hər iki qalstuk Qarabağ seriyasındandır, astar hissəsində ingilis dilində “Qarabağ, Azərbaycan” sözləri yazılıb.

Qalstuklar 100% ipək materialdan hazırlanıb, ikiqat jacquard toxunuşa malikdir, eni 8 sm, uzunluğu 154 sm-dir.

Qeyd edək ki, şirkət ötən il Qarabağ xalça və kiliminin qalstuk üzərinə köçürülməsini həyata keçirib. Brend 2013-cü ildən Azərbaycanda təmsil olunur.

Qaynar.info

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Mərkəzi Bank "Mastercard"la memorandum imzalayıb

23

May
18:12
İQTİSADİYYAT
104

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
131
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 09:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru