Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Avqust

2015
20:36
Bakı metrosunun yeni müasir təcili texniki yardım maşını - FOTO

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) yeni müasir təcili texniki yardım maşınını istifadəyə verib.

QSC-dən verilən məlumata görə, yeraltı nəqliyyatın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Elektrik təchizatçıları elektromexanika xidməti ilə yanaşı, yeni təcili texniki yardım avtomobili ilə də təmin olunublar. Xidmətin kabel təsərrüfatı distansiyasının təmirçiləri fövqəladə və qəza halları zamanı hadisə yerinə yeni xüsusiləşdirilmiş avtomobillə yollanacaqlar. Bütün müvafiq avadanlıq və alətlərlə təchiz edilən texniki yardım kiçik avtolaboratoriyadır.

Çağırışların xüsusiyyəti əsasən eyni olduğundan, elektriklər üçün alınmış “Ford Tranzit” markalı avtomobilin təchizatı da elektromexanika xidməti üçün ayrılmış maşınla eynidir. 220 volt və 380 volt gərginliyi təmin edən generator, məngənə dəzgahı, perforator, universal drel, laqunda və sair kimi alətlər burada da var. Avtomobillər arasında müəyyən fərqlərin olması da gözdən qaçmır. Kabellərin zədəsini, xətalarını təyin edib, onun xarakteri barədə operatora avtomatik məlumat verən cihaz xüsusi qeyd edilməlidir. Bu cihaz, bir sıra alətlərin avtomatik işləməsi ilə işçi qüvvəsindən səmərəli istifadəyə şərait yaradır. Təcili texniki yardım avtomobilinin iki salonu 6 nəfərlik yardım heyəti üçün nəzərdə tutulub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Mədəniyyət Naziri təyin olunub?

03

İyun
15:23
ÖLKƏ
271

Sabah Bakıda 27 dərəcə isti olacaq

03

İyun
13:44
ÖLKƏ
220

Azərbaycanda zəlzələ oldu

03

İyun
13:20
ÖLKƏ
239

Teledərslərin başa çatacağı tarix açıqlanıb

03

İyun
11:57
ELM / TƏHSİL
256

AzTV-nin operatoru karantinə alındı

03

İyun
10:57
ÖLKƏ
453

Cəlilabadda 9-cu sinif şagirdi çayda boğulub

03

İyun
10:00
HÜQUQ,HADİSƏ
295
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-06-2020 17:05





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru