Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Avqust

2015
13:09
813
`Qarabağ`ın rəqibi baş məşqçisiz qalıb

"Qarabağ"ın (Ağdam, AZərbaycan) futbol üzrə Avropa Liqasının "pley-off" mərhələsindəki rəqibi "Yanq Boyz" klubu (İsveçrə) baş məşqçisiz qalıb.

Baş məşqçi Uli Fortenin istefaya göndərilməsinə səbəb Bern komandasının ardıcıl 5 oyunluq qələbəsizlik seriyası və Çempionlar Liqasında uğursuzluğa düçar olmasıdır.

Bir neçə gün öncə qovulmuş 41 yaşlı mütəxəssisin yerinə hələ yenisi təyin olunmayıb. Avqustun 9-da "Yanq Boyz" İsveçrə Super Kubokunun 4-cü turunda "Tün"ü qəbul edəcək. İlk 3 turda bütün görüşlərini heç-heçə ilə başa vurmuş paytaxt təmsilçisi 3 xalla 10 komanda arasında 6-cı pillədə qərarlaşıb. Çempionlar Liqasında isə "Yanq Boyz" Fransa "Monako"suna III təsnifat mərhələsinin ilk görüşündə 1:3, səfərdə isə 0:4 hesabı ilə uduzub. Məhz avqustun 4-də qeydə alınmış böyük hesablı məğlubiyyətdən sonra klub rəhbərliyi baş məşqçini italiyalı mütəxəssislə yollarını ayırıb.

Baş məşqçi postuna namizədlər qismində Murat Yakın və Marko Şallibaumun adları hallanır. M.Yakın bir müddət öncə Rusiya "Spartak"ından istefaya göndərilib. Şallibaum isə hazırda İsveçrədə səviyyəcə ikinci olan Çağırış Liqasının lideri "Kyasso" komandasının baş məşqçisidir.

Qeyd edək ki, "Qarabağ"la "Yanq Boyz" arasındakı ilk görüş avqustun 20-də Berndəki 32 min tamaşaçı tutumuna malik "Stade de Suisse"də keçiriləcək. Cavab qarşılaşması isə bundan bir həftə sonra Bakıda eyni sayda tamaşaçı qəbul etmək imkanı olan Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
121
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 09:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru