Ağdamda Ermənistanın iki pilotsuz təyyarəsi məhv edilib

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Avqust

2015
20:32
2206
Ağdamda Ermənistanın iki pilotsuz təyyarəsi məhv edilib

Azərbaycanın Hava Hücumundan Müdafiə bölmələri Ermənistan Silahlı Qüvvələrinə məxsus iki "Krunk-25" taktiki pilotsuz uçuş aparatını məhv edib.

FaktXəbər-in Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, pilotsuz aparatlar cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd edərkən vurulub. 

Qeyd edək ki, "Krunk-25" pilotsuz uçuş aparatı taktiki dərinlikdə hava kəşfiyyatı tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulub.

Aparat proqramlaşdırılmış avtopilotla, video və fotokameralı avadanlıqla təchiz olunub. PUA yerdən operator tərəfindən idarə edilir.

Uçuş aparatının maksimal uçuş hündürlüyü 5400 metr, qalxma çəkisi 60kq, uzunluğu 3.8 metr, qanadların açılma uzunluğu 5 metr, havada qalma vaxtı 5 saat, uçuş surəti 150 km/saatdır.

 

Xatırladaq ki, bundan əvvəl düşmənin 4 pilotsuz uçan aparatı bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq açılan atəş nəticəsində məhv edilib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2018 14:22



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com