Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

06 Avqust

2015
13:27
1434
Forbes IT-sferanın 100 ən zəngin xadimlərinin siyahısını dərc edib
Birinci yerdə Bil Geytsdir

Microsoft şirkətinin banisi Bil Geyts, Amerikanın Forbes jurnalının versiyasına görə, IT-sənayenin ən zəngin xadimlərinin siyahısına başçılıq edir.

FaktXəbər bildirir ki, nəşrin məlumatına görə, dünyanın ən varlı şəxsi olan 59 yaşlı Geyts hazırda 79,6 milyard dollara malikdir. İkinci yerdə kompüter proqram təminatının istehsalçı şirkətinin 70 yaşlı banisi Larri Ellisondur. Onun var-dövləti 50 milyard dollar təşkil edir. Üçüncü yerdə "Amazon" onlayn-mağazasının 51 yaşlı banisi Ceff Bezosdur.Onun 47,8 milyard dolları var.

Facebook sosial şəbəkəsinin banisi və rəhbəri 31 yaşlı Mark Zukerberq isə 41,2 milyard dollarla siyahıda dördüncü yerdədir. İlk beşliyin sonuncusu isə Google korporasiyasının həmtəsisçisi, 33,4 milyard dollara malik olan 42 yaşlı  Larri Peycdir.

Siyahıya düşmüş tək rusiyalı Mail.Ru Group  şirkətinin 53 yaşlı şəriki Yuri Milnerdir. O, 3,3 milyard dollarıyla 62-ci yerdədir.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2017 13:22

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru